Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycan və Türkiyə arasında Trans-Anadolu (TANAP) qaz boru kəmərinə dair hökumətlərarası saziş imzalanmasını alqışlayıb.
“İndi Avropa Azərbaycandan və digər Xəzəryanı ölkələrdən qaz almaq məqsədinə daha bir addım yaxınlaşıb” – deyə G.Ottinger qeyd edib.
APA Agentliyinin məlumatına görə, Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş iyunun 26-da İstanbulda imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.