Accessibility links

Taner Yıldız: TANAP-ın genişləndirilməsinə dair Türkmənistan danışıqları məhsuldar olub


Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız

Aşqabadda türkmən qazının Xəzər dənizindən çəkiləcək boru kəməri ilə Azərbaycana, Türkiyəyə və Avropaya nəqlinin detalları müzakirə edilib

AzərTAc agentliyinin məlumatına görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Türkmənistanda Transanadolu Təbii Qaz Boru Xətti Layihəsinin (TANAP) genişləndirilməsinə dair dördtərəfli danışıqların məhsuldar olduğunu bildirib.
Aşqabadda Azərbaycan, Türkiyə, Türkmənistanın enerji sektorunun rəsmilərinin və Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin iştirakı ilə bu gün keçirilmiş görüşün yekunlarına dair jurnalistlərə məlumat verən türkiyəli nazir bildirib ki, TANAP-a Türkmənistanın da daxil olması, türkmən qazının Xəzər dənizindən çəkiləcək boru kəməri ilə Azərbaycana, Türkiyəyə və Avropaya nəqlinin detalları müzakirə edilib.
T.Yıldız vurğulayıb ki, TANAP-ın genişləndirilməsi məsələsinin Xəzərin statusu ilə əlaqədar danışıqlara heç bir maneçiliyi yoxdur. Dənizdən çəkiləcək boru xətti layihəsinə özəl şirkətlər böyük maraq göstərir. Azərbaycan ilə Türkmənistanın razılıq əldə edəcəyi halda bu şirkətlər layihənin həyata keçirilməsi işlərinə daxil edilə bilər.
XS
SM
MD
LG