Martın 10-da Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşları və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının sonuncu təxliyəsi həyata keçirilib. Bununla, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, zəlzələ bölgəsində olan 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.
Xatırladaq ki, zəlzələ zamanı ondan çox Azərbaycan vətəndaşı həyatını itirib.