Accessibility links

Türkiyədə zəlzələ bölgəsində həlak olan 10 Azərbaycan vətəndaşlarının adları məlum olub


Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.

Bu barədə fevralın 15-də Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Dünən, fevralın 14-də Malatyada tələbələr Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin cəsədləri tapılıb. Onların cənazəsi fevralın 16-da Azərbaycana gətiriləcək.

Elə bu gün daha bir Azərbaycan vətəndaşı Lida Qocayevanın cəsədinin tapıldığı haqqında məlumat yayılıb.

Nazirliyin məlumatına görə, Türkiyədə zəlzələ zonasından artıq 531 Azərbaycan vətəndaşı təxliyə olunub.

Zəlzələnin baş verdiyi Kahramanmaraş, Hatay, Adana, Malatya, Adıyaman, Gaziantep, Şanlıurfa, Osmaniye, Kilis və Diyarbakırdan təxliyə prosesi davam edir.

Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycana qayıtmaq istəməyənlər Türkiyənin təhlükəsiz bölgələrinə köçürülmək üçün Türkiyə jandarma bölmələri tərəfindən yaradılmış təxliyə məntəqələrinə müraciət edə bilərlər.

XS
SM
MD
LG