Fevralın 16-da Azərbaycan və Türkiyə xarici işlər nazirləri Ceyhun Bayramov və Mevlüt Çavuşoğlu telefon danışığı zamanı zəlzələ nəticəsində zərərçəkmiş əhalinin xilas olunması, humanitar yardım göstərilməsi istiqamətində aparılan əməliyyatlar və işlər üzrə son vəziyyəti müzakirə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Bayramov Azərbaycanın baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində dəstəyini davam etdirəcəyini bildirib.
Məlumatda deyilir ki, telefon danışığı zamanı, həmçinin bölgədə mövcud vəziyyət, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan zəlzələ bölgəsinə humanitar yardımlarını davam etdirir. Belə ki, bu gün Azərbaycandan uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım zəlzələ bölgəsinə çatdırılıb.
Fevralın 16-da həmçinin Bakının Biləcəri dəmir yolu stansiyasından zəlzəzlə bölgəsinə 25 konteynerdən ibarət humanitar yardım yola salınıb.
Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin məlumatına görə, yardım Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Kahramanmaraş və 10 vilayətdə baş vermiş güclü zəlzələdən zərər çəkmiş insanlara çatdırılacaq.
“Bunların bir qismi 30 nəfərlik çadırlardır. Bundan başqa, 401 ton tibbi ləvazimat, 1200-dən çox genarator, 6240 ədəd qızıdırıcı, 737 ton qida məhsulları göndərilib. Bu gün hər bir corab, papaq da önəmlidir”, o qeyd edib.
Türkiyənin Kahramanmaraş şəhərinə Fövqəladə Hallar Nazirliyinin 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri bu günədək Kahramanmaraş rayonu ərazisində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verib.