Accessibility links

Əl-Qaidənin yeni lideri qruplaşmanı İrandan idarə edir


Sayif Əl-Adil
Sayif Əl-Adil

Birləşmiş Ştatların "Əl-Qaidə" lideri Ayman Əl-Zəvahirini Əfqanıstanın paytaxtı Kabildə hava hücumu zamanı öldürməsindən altı ay sonra terror qruplaşmasının rəhbərliyi onun İrandakı varisinə keçib.

BMT-yə üzv dövlətlərin kəşfiyyat məlumatlarına əsaslanan yeni hesabatda Sayif Əl-Adil "hazırda Əl-Qaidənin faktiki lideridir və davamlılığı təmsil edir" qənaətinə gəlinib.

"Əl-Qaidə" 2022-ci il iyulun 31-də Əl-Zəvahirinin ölümü ilə nəticələnən hava zərbəsindən sonra rəhbərliyinin statusu ilə bağlı səssizlik nümayiş etdirib. Hesabatda səssizliyin iki səbəbi göstərilib.

Hesabatda deyilib ki, Əl-Adilin rəhbər olması barədə məlumat "Əl-Qaidənin əfqan Talibanının Kabildə Əl-Zəvahirinin ölümünü və [Əl-Adilin] İran İslam Respublikasında olduğu qorxusuna qarşı həssaslığına görə" açıqlana bilməz.

ABŞ-ın agentləri də olmaqla, Qərb kəşfiyyat agentlikləri uzun müddətdir ki, Əl-Adilə Əl-Zəvahirinin ehtimal varisi kimi baxıb və Misirin keçmiş xüsusi təyinatlılar zabitini müxtəlif yerlərdə böyük əməliyyat təcrübəsi olan bacarıqlı komandir kimi təsvir edib.

1990-cı illərin əvvəllərindən başlayaraq Əl-Adil Əfqanıstan, Pakistan və Sudandakı döyüşçülərə hərbi və kəşfiyyat təlimləri verən komandanın üzvü idi.

O, həmçinin 1992-1994-cü illərdə Moqadişuda ABŞ qüvvələri ilə döyüşən "Əl-Qaidə"nin Misir qolu olan "Misir İslami Cihad"ın və somalililərin təlimlərinə yardım edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG