Onun barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib
Mayın 5-də Bakı Apellyasiya məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçmiş millət vəkili Gülər Əhmədovanın apellyasiya şikayətinə baxılıb. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb.
Prosesdə Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib.
G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir.
Gülər Əhmədova fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin 2012-ci ilin sentyabrında yaydığığı rüşvət qalmaqalı ilə bağlı videodan sonra deputat mandatından imtina edib. Daha sonra onun barəsində həbs-qətimkan tədbiri seçilib və 2013-cü ilin fevralında həbs edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan təqsirləndirilən şəxsin vəkili Əfsər Talıbov apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib. Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən iclas zamanı vəkil Əfsər Talıbov məhkəmənin istintaqla aparılmasına dair, eləcə də əlavə digər vəsatətlər verib. Lakin vəsatətlər təmin edilməyib. Bunun üçün prosesin ilkin baxış iclasının qərarından Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət olunub. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasını ləğv edib.
Məhkəmə kassasiya şikayətini də qismən təmin edib. Qərara əsasən, Bakı Apellyasiya Məhkəməsində proses qismən istintaqla aparılacaq, əlavə şahid və ekspertlər yenidən dindirilib. Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının qərarını ləğv etdiyi üçün prosesə sədrlik edəcək hakim də dəyişdirilib. İş hakim İlqar Murquzovun icraatından çıxarılaraq hakim Əflatun Qasımovun icraatına verilib.