İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA agentliyinin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə E.Abdullayevin qardaşı İsmayıl Abdullayev şahid qismində ifadə verib. O, qeyd edib ki, A.Kazımovla qardaşı Mahir Abdullayev oğurlanandan sonra tanış olublar:
“Mahir Abdullayevin itkin düşməsindən az vaxt sonra qardaşlarım Elşad, Elsevər və mən Azərbaycan Beynəlxalq Universitetindən çıxarkən bir qadın bizə yaxınlaşdı və Elşada müraciət edərək vacib işi olduğunu dedi. Elşad əvvəlcə əhəmiyyət vermədi. Sonra qadın dedi ki, məsələ bizim itkin düşmüş qardaşımızla bağlıdır. Bunu eşidən kimi Elşad dərhal qadını qəbul elədi. Qadınla görüşəndən sonra Elşad bizə dedi ki, qadın deyib ki, Mahir sağ-salamatdır. Bir naxçıvanlı iş adamı var, adı Arzudur. O, bizə Mahiri azad etməkdə kömək edə bilər. Qadının bu təklifi bizi düşünməyə vadar etdi və biz Arzu Kazımovla əlaqə yaratdıq. Sonradan məlum oldu ki, bizi Arzu Kazımovla yaxınlaşdıran həmin o qadının adı Rövşanədir”.
İ.Abdullayev həmçinin qeyd edib ki, qardaşı E.Abdullayev Mahir Abdullayevin tapılması üçün Arzu Kazımova ümumilikdə 3 milyon dollar pul verib:
“Bu pul müxtəlif vaxtlarda Arzu Kazımova təqdim olunub. Həmin pulun müəyyən hissəsi Arzu Kazımova daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin bilavasitə yanında verilib”.
İ.Abdullayev bildirib ki, o Arzu Kazımovdan şikayətçi deyil:
“Mən bu gün Arzu Kazımovu dəmir barmaqlıqlar arasında görmək istəməzdim. Mən heç istəmirəm ki, o həbsdə olsun. Əgər bu gün qardaşım Mahirdən bir xəbər eşidərəmsə, onu bağışlayaram”.
Daha sonra prosesdə E.Abdullayevin Baş Prokurorluqda işləyən qardaşı Elsevər Abdullayev ifadə verib. O, qeyd edib ki, Mahir Abdullayev itkin düşdükdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinə gələrək məlumat veriblər:
“Daha sonra daxili işlər naziri Ramil Usubovla görüşdük. Görüşdə mən və Elşad iştirak edirdik. Nazirlə hərtərəfli söhbət etdik, bütün detallarla bağlı müzakirələr apardıq. Ramil Usubov dedi ki, arxayın olun, Mahirin tapılması üçün nə
lazımdırsa, ediləcək. Ramil Usubov daha sonra müavini Zahid Dünyamalıyevi kabinetinə çağırdı və ona bu barədə tapşırıqlarını verdi. Qeyd etdi ki, Mahir Abdullayevin tapılması istiqamətində nə lazımdır edilsin və nəticəsi barədə ona məruzə olunsun. Sonra Zahid Dünyamalıyev bizi kabinetinə dəvət elədi və onunla da xeyli söhbətimiz oldu. Söhbət zamanı gördük ki, Zahid Dünyamalıyev bizimlə hədə-qorxu ilə danışır. O, bizə dedi ki, Mahirin itkin düşməsi barədə heç kimə heç bir söz deməyək. Əks təqdirdə Mahiri də, bizi də öldürə bilərlər. Biz də çox narahat idik və ona görə də xeyli müddət susduq və bu barədə heç yerdə danışmadıq”.
E.Abdullayev Arzu Kazımovu Rövşanə adlı bir xanımın vasitəsi ilə tanıdıqlarını deyib:
“Arzu Kazımov Mahirin tapılması üçün Elşaddan dəfələrlə müxtəlif məbləğlərdə pul istəyib. Arzu Kazımov pulun Zahid
Dünyamalıyevə çatacağını deyirdi. Elşad ona bu işə görə ümumilikdə üç milyon dollar pul verib. Pulun müəyyən hissəsini verərkən mən də Elşadın yanında olmuşam. Bir dəfə Arzunun ofisinə pulu bir yerdə apardıq. Ora çatanda gördük ki, Zahid Dünyamalıyevin xidməti avtomobili də oradadır. Elşad ofisə girdi və pulu onlara verdi. Bu proses bir neçə dəfə davam etdi”.
E.Abdullayev deyib ki, sonuncu dəfə Elşad Abdullayevdən daha 10 milyon dollar istəyiblər:
“Artıq bu zaman bomba partladı. Elşad dalaşıb, onları qovdu. Biz o zaman anladıq ki, necə təhlükəli bir oyuna düşmüşük. Mən bir prokurorluq işçisi anladım ki, biz adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəyə ilişmişik”.
Daha sonra prosesdə Rövşanə Əliyeva ifadə verib. O, qeyd edib ki, Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayevlə yaxın əlaqələri olub:
“Məni bu oyuna Eldəniz salıb. O, mənə dedi ki, Arzu Kazımovla əlaqə qurmaq lazımdır. Dedi ki, Arzu Kazımov Naxçıvanda iki dəfə deputat seçilmiş adamdır və onun yüksək dairələrdə əlaqələri var, o bizə Mahirin tapılmasında köməklik edə bilər. Mən əlimdən gələn köməkliyi etdim. Lakin təəssüflər olsun ki, Elşad Abdullayev məni məhv elədi. Onun yaydığı video görüntülər ucbatından ailəm dağıldı. Qardaşım bir neçə ay əvvəl bu hadisələrə dözməyib öldü. Bu da mənim Elşada etdiyim yaxşılıqlarımın əvəzi!”
İfadə verən zaman R.Əliyevanın halı pisləşdiyi üçün məhkəmə prosesi iyulun 16-dək təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, A.Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E.Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.
Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A.Kazımovun qardaşı Nizami Kazımova məxsus «KNF İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.
Bundan başqa, istintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.
Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət verməyə cəhd faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.
Azadlıq.info saytı isə bu gün sabiq rektor hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin prezident İlham Əliyevə ünvanladığı məktubu dərc edib.
E.Abdullayev sabiq deputat Gülər Əhmədova və Arzu Kazımovla bağlı cinayət işindən narazılıq edir
Keçmiş rektor yazır ki, qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar təşkilatın əməllərinə düzgün hüquqi qiymət verilməyib.
O, bildirib ki, prokurorluq həbs edilən Arzu Kazımovun cinayətlərinə bu günə qədər düzgün hüquqi qiymət verməyib.
Onun sözlərinə görə, Arzu Kazımovun cinayət əməli haqqında 4 videogörüntü və 4 audiofakt sosial şəbəkələrdə ictimailəşdirilib:
"Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin. Lakin, bu günə qədər Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyası gözlə görünən və qulaqla eşidilən təkzibolunmaz video-audio faktlarda olduğu kimi Azərbaycan vətəndaşı Arzu Firudin oğlu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verməyib".
Elşad Abdullayev bildirir ki, Arzu Kazımovun cinayət əməli Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatda iştirakçı olduğuna görə hüquqi qiymət almalıdır:
"Bildiyimə görə, Arzu Kazımov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, Mahir Abdullayevin oğurlanması, Azərbaycan Beynəlxalq Universitetini məndən tələb etməsi ilə əlaqədar cinayət əməlləri var, bu hərəkətlərin dələduzluq cinayəti kimi tövsif olunması ilə razılaşmaq olmaz. Bir hüquq professoru kimi hesab edirəm ki, onun cinayət əməli "hədə-qorxu gəlməklə rüşvət alma" kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsi). Eyni zamanda, Arzu Kazımovun Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında "cinayətdə iştirakçılığı" müəyyən edilməlidir.
Onun cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi (adam oğurluğu) və Cinayət Məcəlləsinin
110-cu maddəsinin tərkibi (insanları zorakılıqla yoxa çıxarma) cinayətləri var və bu cinayətlərdə iştirakçılığa hüquqi qiymət verilməlidir".
"Prokurorluq orqanları Arzu Kazımovun cinayətlərinə yalnız dələduzluq cinayəti kimi hüquqi qiymət verilməsinin başlıca məqsədi cinayətin digər iri ranqlı subyektlərinin gizlədilməsinə xidmət edir. Məlumdur ki, o, bu boyda sosial təhlükəli cinayətləri tək edə bilməzdi. Beynəlxalq təşkilatların hesabatlarında hər il qeyd edilir ki, Azərbaycanda cinayətin kiçik bir fiquru həbs edilir, amma nə cinayəti icra edənlər, nə sifarişcilər, nə də rəhbərlər cinayət məsuliyyətinə cəlb olunurlar",- deyə Elşad Abdullayev şikayətində qeyd edib.
Elşad Abdullayev ölkə başçısına şikayətlənir ki, Müstəqil İstintaq Komissiyası 8 ay 15 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər olsun belə, adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb:
"Adam oğurluğu faktının ortada olmasına baxmayaraq bir sıra mütəşəkkil cinayətkar təşkilatın üzvü yalnız Arzu Kazımova dələduz kimi cinayət işi açılıb. Bu isə hüquqi anlamda işi bataqlığa atıb qapamaq kimi bir şeydir. Məlumdur ki, əməlin dələduzluq kimi qiymətələndirilməsi cinayətin digər əsas iştirakçıların gizlətməyə xidmət edir, bu cinayətin açılması hakimiyyətin iri ranqlı vəzifəli şəxslərinin ifşa olunması deməkdir. Buna görə də prokurorluq işi zərərçəkmişin əleyhinə yönəldir".
Elşad Abdullayev yazır ki, eyni huquqi böhran "Gülərqeyt" işindədir, bu işdə də Gülər Əhmədova Cinayət Məcəlləsinə görə dələduzluq cinayətinin subyekti hesab edilir, ancaq məni bu işdə də zərərçəkmiş kimi tanınmırlar:
"Əsl zərərçəkmiş isə tam hüquqsuz vəziyyətdədir, dövlət hüquq müdafiəsi sahəsində öhdəliyə götürdüyü borcunu yerinə yetirmir. 10 ildir ki, Mahir Abdullayevin işi ilə tanış ola bilmirik, prokurorluq bizə heç bir məlumat vermir, cinayət işi ilə tanış olmağa imkan yaratmır".
Elşad Abdullayev bildirir ki, maraqlı qüvvələr onun qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini pozmaq istiqamətində çalışırlar:
"Məni Baş nazirin müavini Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynovun fabrikovat olunmuş işində də zərərçəkmiş şəxs kimi tanıdılar. Müstəqil İstintaq Komissiyasına yazılı olaraq bildirdim ki, Vaqif Hüseynov mənim pulumu qaytarıb və mənim ondan heç bir şikayətim yoxdur. Ancaq prokurorluq məni Vaqif Hüseynovun işində zərərcəkmiş şəxs kimi tanıyır, halbuki, qanunvericilik bunun əleyhinədir. Qüvvədə olan cinayət prosesual qanunvericilik isə tələb edir ki, Azərbaycanın prokurorluq və məhkəmə orqanları məni Arzu Kazımovun, Gülər Əhmədovanın, Nüşabə Mirzoyevanın, Nəriman Ağayevin işləri üzrə zərərçəkmiş şəxs kimi tanımalıdır. Məni fabrikovat olunmuş cinayət işlərində tanınmağa heç bir ehtiyac yoxdur".
Sabiq rektoru qeyd edir ki, bu günə qədər keçmiş deputat Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsif olunmayıb:
"Gülər Əhmədova da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Onun mənə qarşı cinayət əməlləri hədə-qorxu ilə xarakterizə olunur, əməllərinin dələduzluq cinayəti kimi tövsif olunması düzgün deyil. Qeyd etmək istəyirəm ki, əsas şahid Sevinc Babayevanın qətlə yetirilməsinə görə də Gülər Əhmədovanın cinayəti düzgün tövsif edilməyib".
APA agentliyinin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə E.Abdullayevin qardaşı İsmayıl Abdullayev şahid qismində ifadə verib. O, qeyd edib ki, A.Kazımovla qardaşı Mahir Abdullayev oğurlanandan sonra tanış olublar:
Qadın deyib ki, Mahir sağ-salamatdır.
E.Abdullayev Mahir Abdullayevin tapılması üçün Arzu Kazımova ümumilikdə 3 milyon dollar pul verib.
“Bu pul müxtəlif vaxtlarda Arzu Kazımova təqdim olunub. Həmin pulun müəyyən hissəsi Arzu Kazımova daxili işlər nazirinin sabiq müavini Zahid Dünyamalıyevin bilavasitə yanında verilib”.
İ.Abdullayev bildirib ki, o Arzu Kazımovdan şikayətçi deyil:
“Mən bu gün Arzu Kazımovu dəmir barmaqlıqlar arasında görmək istəməzdim. Mən heç istəmirəm ki, o həbsdə olsun. Əgər bu gün qardaşım Mahirdən bir xəbər eşidərəmsə, onu bağışlayaram”.
Daha sonra prosesdə E.Abdullayevin Baş Prokurorluqda işləyən qardaşı Elsevər Abdullayev ifadə verib. O, qeyd edib ki, Mahir Abdullayev itkin düşdükdən dərhal sonra Bakı şəhər Baş Polis İdarəsinə gələrək məlumat veriblər:
“Daha sonra daxili işlər naziri Ramil Usubovla görüşdük. Görüşdə mən və Elşad iştirak edirdik. Nazirlə hərtərəfli söhbət etdik, bütün detallarla bağlı müzakirələr apardıq. Ramil Usubov dedi ki, arxayın olun, Mahirin tapılması üçün nə
O, bizə dedi ki, Mahirin itkin düşməsi barədə heç kimə heç bir söz deməyək. Əks təqdirdə Mahiri də, bizi də öldürə bilərlər.
E.Abdullayev Arzu Kazımovu Rövşanə adlı bir xanımın vasitəsi ilə tanıdıqlarını deyib:
“Arzu Kazımov Mahirin tapılması üçün Elşaddan dəfələrlə müxtəlif məbləğlərdə pul istəyib. Arzu Kazımov pulun Zahid
Ora çatanda gördük ki, Zahid Dünyamalıyevin xidməti avtomobili də oradadır.
E.Abdullayev deyib ki, sonuncu dəfə Elşad Abdullayevdən daha 10 milyon dollar istəyiblər:
“Artıq bu zaman bomba partladı. Elşad dalaşıb, onları qovdu. Biz o zaman anladıq ki, necə təhlükəli bir oyuna düşmüşük. Mən bir prokurorluq işçisi anladım ki, biz adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstəyə ilişmişik”.
Daha sonra prosesdə Rövşanə Əliyeva ifadə verib. O, qeyd edib ki, Elşad Abdullayevin qardaşı Eldəniz Abdullayevlə yaxın əlaqələri olub:
Onun yaydığı video görüntülər ucbatından ailəm dağıldı. Qardaşım bir neçə ay əvvəl bu hadisələrə dözməyib öldü. Bu da mənim Elşada etdiyim yaxşılıqlarımın əvəzi!
İfadə verən zaman R.Əliyevanın halı pisləşdiyi üçün məhkəmə prosesi iyulun 16-dək təxirə salınıb.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Arzu Kazımovun göstərilən cinayətdə təqsiri sübuta yetirilib. Belə ki, istintaqla müəyyən edilib ki, A.Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E.Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq edib.
Elşad Abdullayev verdiyi pulun müqabilində 9 aprel 2005-ci il tarixli müqavilə əsasında A.Kazımovun qardaşı Nizami Kazımova məxsus «KNF İnvestment» Məhdud Məsuliyyətli Cəmiyyətini, habelə müəssisənin Sabunçu rayonu ərazisində yerləşən torpaq sahəsini və tikililəri qayınatası Hüseyn Əhmədovun adına rəsmiləşdirib.
Daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.
Eyni zamanda həmin cinayət işinin materiallarından Elşad Abdullayevin 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət verməyə cəhd faktı üzrə başqa cinayət işi ayrılaraq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.
Azadlıq.info saytı isə bu gün sabiq rektor hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin prezident İlham Əliyevə ünvanladığı məktubu dərc edib.
E.Abdullayev sabiq deputat Gülər Əhmədova və Arzu Kazımovla bağlı cinayət işindən narazılıq edir
Keçmiş rektor yazır ki, qardaşı, Milli Təhlükəsizlik Nazirliyinin zabiti Mahir Abdullayevi oğurlayan mütəşəkkil cinayətkar təşkilatın əməllərinə düzgün hüquqi qiymət verilməyib.
O, bildirib ki, prokurorluq həbs edilən Arzu Kazımovun cinayətlərinə bu günə qədər düzgün hüquqi qiymət verməyib.
Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin.
"Bu video-faktların biri kifayətdir ki, Arzu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verilsin. Lakin, bu günə qədər Baş Prokurorluq yanında yaradılmış Müstəqil İstintaq Komissiyası gözlə görünən və qulaqla eşidilən təkzibolunmaz video-audio faktlarda olduğu kimi Azərbaycan vətəndaşı Arzu Firudin oğlu Kazımovun cinayət əməllərinə düzgün hüquqi qiymət verməyib".
Elşad Abdullayev bildirir ki, Arzu Kazımovun cinayət əməli Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatda iştirakçı olduğuna görə hüquqi qiymət almalıdır:
"Bildiyimə görə, Arzu Kazımov Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunub, şəxsən mən bu maddə ilə razı deyiləm. Nəzərə alınsa ki, Mahir Abdullayevin oğurlanması, Azərbaycan Beynəlxalq Universitetini məndən tələb etməsi ilə əlaqədar cinayət əməlləri var, bu hərəkətlərin dələduzluq cinayəti kimi tövsif olunması ilə razılaşmaq olmaz. Bir hüquq professoru kimi hesab edirəm ki, onun cinayət əməli "hədə-qorxu gəlməklə rüşvət alma" kimi tövsif edilməlidir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 və 312-ci maddəsi). Eyni zamanda, Arzu Kazımovun Cinayət Məcəlləsinin 31-35-ci maddələri qaydaları əsasında "cinayətdə iştirakçılığı" müəyyən edilməlidir.
Onun cinayət əməllərində Cinayət Məcəlləsinin 144-cü maddəsinin tərkibi (adam oğurluğu) və Cinayət Məcəlləsinin
Prokurorluq orqanları Arzu Kazımovun cinayətlərinə yalnız dələduzluq cinayəti kimi hüquqi qiymət verilməsinin başlıca məqsədi cinayətin digər iri ranqlı subyektlərinin gizlədilməsinə xidmət edir.
"Prokurorluq orqanları Arzu Kazımovun cinayətlərinə yalnız dələduzluq cinayəti kimi hüquqi qiymət verilməsinin başlıca məqsədi cinayətin digər iri ranqlı subyektlərinin gizlədilməsinə xidmət edir. Məlumdur ki, o, bu boyda sosial təhlükəli cinayətləri tək edə bilməzdi. Beynəlxalq təşkilatların hesabatlarında hər il qeyd edilir ki, Azərbaycanda cinayətin kiçik bir fiquru həbs edilir, amma nə cinayəti icra edənlər, nə sifarişcilər, nə də rəhbərlər cinayət məsuliyyətinə cəlb olunurlar",- deyə Elşad Abdullayev şikayətində qeyd edib.
Elşad Abdullayev ölkə başçısına şikayətlənir ki, Müstəqil İstintaq Komissiyası 8 ay 15 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər olsun belə, adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb:
Müstəqil İstintaq Komissiyası 8 ay 15 gündür fəaliyyət göstərməsinə baxmayaraq, bu günə qədər bir nəfər olsun belə, adam oğurluğuna görə cinayət məsuliyyətinə cəlb olunmayıb.
Elşad Abdullayev yazır ki, eyni huquqi böhran "Gülərqeyt" işindədir, bu işdə də Gülər Əhmədova Cinayət Məcəlləsinə görə dələduzluq cinayətinin subyekti hesab edilir, ancaq məni bu işdə də zərərçəkmiş kimi tanınmırlar:
10 ildir ki, Mahir Abdullayevin işi ilə tanış ola bilmirik, prokurorluq bizə heç bir məlumat vermir, cinayət işi ilə tanış olmağa imkan yaratmır.
Elşad Abdullayev bildirir ki, maraqlı qüvvələr onun qohum-əqrəbasını bir-birinə qarşı qoymaq, ailənin normal fəaliyyətini pozmaq istiqamətində çalışırlar:
"Məni Baş nazirin müavini Elçin Əfəndiyevin keçmiş köməkçisi Vaqif Hüseynovun fabrikovat olunmuş işində də zərərçəkmiş şəxs kimi tanıdılar. Müstəqil İstintaq Komissiyasına yazılı olaraq bildirdim ki, Vaqif Hüseynov mənim pulumu qaytarıb və mənim ondan heç bir şikayətim yoxdur. Ancaq prokurorluq məni Vaqif Hüseynovun işində zərərcəkmiş şəxs kimi tanıyır, halbuki, qanunvericilik bunun əleyhinədir. Qüvvədə olan cinayət prosesual qanunvericilik isə tələb edir ki, Azərbaycanın prokurorluq və məhkəmə orqanları məni Arzu Kazımovun, Gülər Əhmədovanın, Nüşabə Mirzoyevanın, Nəriman Ağayevin işləri üzrə zərərçəkmiş şəxs kimi tanımalıdır. Məni fabrikovat olunmuş cinayət işlərində tanınmağa heç bir ehtiyac yoxdur".
Sabiq rektoru qeyd edir ki, bu günə qədər keçmiş deputat Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsif olunmayıb:
Bu günə qədər keçmiş deputat Gülər Əhmədovanın cinayət əməlləri hüquqi baxımdan düzgün tövsif olunmayıb.