Accessibility links

Vəkil Eldar Qədimi: Gülər Əhmədovanın limfası şişib, istintaqdan narazıdır [Audio-Müsahibə]


Gülər Əhmədova
Gülər Əhmədova

O Əvəz Zeynallının lehinə və əleyhinə ifadə verməyəcək

Həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın vəkili Eldar Qədimi Amerikanın Səsinə müsahibəsində onun sağlamlıq durumu və istintaqın gedişindən danışıb. Gülər Əhmədova istintaqdan narazıdır, limfaları şişib, YAP-dan müdafiə gözləmir, Əvəz Zeynallının məhkəməsinə gəlmək istəmir.

Vəkil Eldar Qədimi ilə müsahibə
please wait

No media source currently available

0:00 0:05:28 0:00
Direct link

Sual: Gülər Əhmədova ilə sonuncu dəfə nə vaxt görüşübsünüz?

Cavab: Dünən görüşnmüşük (martın 4-də).

Sual: Səhhəti necədir?

Cavab: Limfaları şişib.

Sual: Həkim müayinəsi olubmu, müalicə edirlərmi?

Cavab: Sözün düzü, mən onun həkimə göstərib-göstərmədiyini soruşmadım. Özü mənə göstərdi ki, limfaları şişib. Deyir ki, kimə deyirsən, heç kim inanmır. Mən özüm də baxdım, limfaları şişib.

Sual: Yəni müraciət edir, amma tibb məntəqəsinə köçürmürlər?

Limfaları şişib.

Cavab: Yəqin ki, müraciət edir. İndi müalicəsinin olub-olmaması onların işidir. Mən bir söz deyə bilmərəm.

Sual: Gülər Əhmədova istintaqın gedişindən razıdırmı?

Cavab: Əlbəttə yox. Bütün istintaq videolentlərin üzərində qurulub. O nə istintaqdır? İstintaq həqiqi sənədlərin, əsl sənədlərin üzərində qurulmalıdır. Amma, bu neçə dəfə montaj olunmuş lentlərdir. Bu montaj olunmuş lentlərə əsaslanaraq görün ona qarşı “Cinayət Məcəlləsi”nin neçə maddəsi ilə ittiham irəli sürüblər.

İstintaq Elşad Abdullayevi Azərbaycana gətirib Gülər Əhmədova ilə üzləşdirməlidir.

İstintaq Elşad Abdullayevi Azərbaycana gətirib Gülər Əhmədova ilə üzləşdirməlidir. Lentlərin əslini gətirməlidirlər. Bundan sonra istintaqdan danışmaq olar. Bu günə kimi aparılan işləri istintaq kimi qiymətləndirmək olmaz.

Sual: Hazırda Gülər Əhmədovaya qarşı Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürülüb?

Cavab: İndi Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 307-ci (cinayət barədə xəbər verməmə) maddələri ilə ittiham aparılır.

307-ci maddə ümumiyyətlə lətifədir.

307-ci maddə ümumiyyətlə lətifədir.

Sual: Yeni ittihamların irəli sürülməsi gözlənilir?

Cavab: Yeni ittihamlar hələ yoxdur. Hələ ona görə deyirəm ki, bilmək olmaz. Bu dünyada hər şey ola bilər. Amma hələ yeni ittihamlar yoxdur.

Sual: Hazırda istintaq hərəkətləri aparılırmı? Gülər xanım dindirilirmi, üzləşmə varmı?

Cavab: İstintaq hərəkətləri yalnız gündə ifadə almaqdan ibarət deyil. Orada müxtəlif istintaq hərəkətləri var. Türkiyədə nə isə istintaq aparırlar, Bakıda nə isə istintaq hərəkətləri aparırlar. Ona görə deyə bilmərəm ki, istintaq aparılır və ya aparılmır. İstintaq aparılmasa idi Gülər Əhmədova həbsdə saxlanılmazdı.

Sual: Gülər xanın hazırda dindirilir?

Cavab: Yox, vaxtında dindirilib. İndi araşdırmaların nəticələrini gözləyirik. Bundan sonra nəticələrlə Gülər xanımın ifadələri tutuşdurulub istintaq qiymət verməlidir ki, hansı hərəkət, ifadə düzdür və ya yalandır.

Sual: Gülər xanımın həbsi bir çox tənqidlərdən sonra həyata keçirilib. Onun uzun müddət xidmət etdiyi, üzvü olduğu Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri, müxalifətin rəhbər şəxsləri, qeyri hökumət təşkilatları, media orqanları Gülər xanımı tənqid etdilər, onların özlərinin dediyi kimi faktlar irəli sürdülər. Gülər Əhmədova bunları necə qiymətləndirir?

Sanki darıxırlar, bilmirlər nə don geyindirsinlər. İndi oturub-durub özlərindən təzə şeylər yaradırlar.

Cavab: Bir dənə belə fakt irəli sürülməyib. Sadəcə olaraq hərə bir məlumatın üzərinə əlavələr etdi və məsələni şişirtdilər. Mətbuat nə qədər həqiqətə uyğun olmayanlar barədə yazıb. Yəqin ki, istintaq bunların hamısını toplayıb dedi ki, onu içəridə saxlasaq bəlkə yaxşı olar. Amma, yenə yazırlar. O günü yazıblar ki, olmaya-olmaya, nə qədər əmlakı var. Yazırlar ki, guya gedib türmənin rəhbərliyi ilə dava edib, o da olmayıb. Sanki darıxırlar, bilmirlər nə don geyindirsinlər. İndi oturub-durub özlərindən təzə şeylər yaradırlar.

Sual: Gülər Əhmədova uzun müddət YAP-ın üzvü, ictimai fəal olub. Onun hüquqlarının ictimai müdafiə komitəsi yaradılıbmı və ya yaradılmamasını necə qiymətləndirir?

Cavab: Birincisi o partiya Gülər xanımı birinci günü demək olar ki, öz sıralarından çıxardı.
Onlardan nə komitə gözləmək olar.

Hesab edirəm ki, onlar heç bir komitə yaradan deyillər. Ona gör də nə gözləməyi, nə də nəsə deməyə lüzum bilmirəm.

Sual: Gülər xanım Əvəz Zeynallının məhkəməsinə gəlib, orada danışmaq istəyirmi?

Cavab: Heç fikri də yoxdur.

Sual: Yəni gəlmək istəmir?

Cavab: Yox. Heç fikri də yoxdur ora getməyə. Sadəcə Əvəz çıxışında dedi o sözü. Gülər xanım Əvəzin belə söz dediyini məndən eşitdi.

Sual: Bəs öz fikri necədir?

Nə Əvəz Zeynallıya qarşı, nə onun xeyrinə, nə heç kimə qarşı ifadə vermək fikri yoxdur.

Cavab: Öz fikri odur ki, onun heç vaxt kimə qarşı heç bir ifadə vermək fikri yoxdur.

Sual: Yəni Əvəz Zeynallıya qarşı ifadə vermək fikri yoxdur?

Cavab: Nə ona qarşı, nə onun xeyrinə, nə heç kimə qarşı ifadə vermək fikri yoxdur.

Sual: Gülər xanım onun ərizəsi əsasında Əvəz Zeynallının həbsini necə qiymətləndirir?

Cavab: O barədə mən ondan soruşmamışam. Ondan soruşsam deyərəm.

Sual: Əvəz Zeynallının məhkəməsinə gəlməsi üçün o dəvət edilibmi?

Cavab: Yox... Yox... Yox... Dəvət etməyiblər. Onun orada işi yoxdur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG