Accessibility links

Gülər Əhmədova özünün və ailəsinin repressiyalardan qorunmasını prezidentdən xahiş edir


Gülər Əhmədova
Gülər Əhmədova

Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm. Ağzımı açdırmasınlar. Mən danışsam, təhqirləri yağdıran insanlar çox peşman olacaq

Kəskin tənqid və təhqirlərlə üzləşən sabiq deputat Gülər Əhmədova oktyabrın 11-də Facebook statusunda özünün və ailəsinin mənəvi və fiziki repressiyalardan qorumasına kömək üçün prezident İlham Əliyevə müraciət edib. Sabiq deputatın müraciətində hədələyici xəbərdarlıq notu da var.

Müraciətdə deyilir: “Mən iki gün öncə yaydığım rəsmi bəyanatda bildirmişdim ki, istintaqa kömək etmək məqsədilə öz deputat mandatımdan imtina etdim və istintaqda ifadəmi verdim. Bundan sonra KİV və ictimaiyyətə heç bir açıqlama verməmək barədə vəd verdim. Lakin daha sonrakı müşahidələrim göstərdi ki, bəzi həmkarlarım mənim barəmdə təhqir, şer və iftira yağdırmağa başladılar. Bununla həmin insanlar istintaqın gedişinə mane olur, istintaqın istiqamətini yanlış yönə çevirməyə çalışırlar. Mən barəmdə səslənən təhqirlərə dözmək fikrində deyiləm. Həmin insanlara üzümü tutub deyirəm ki, mənim ağzımı açdırmasınlar. Mən danışsam, həmin təhqirləri yağdıran insanlar çox peşman olacaqlar.

Sonda Cənab Prezidentə müraciət edirəm. Sizin nəzarətinizdə olan istintaq prosesi bitməmiş Sizin sədr olduğunuz partiyanın üzvləri mənim barəmdə təhqir dolu açıqlamalar səsləndirir və məni doğma partiyamdan xaric etməklə hədələyirlər. Mən artıq millət vəkili deyiləm. Bir qadın və ana olaraq, məni və ailəmi bu mənəvi və fiziki repressiyalardan qorumağınızı Sizdən rica edirəm».

G.Əhmədovanın telefonuna cavab verən xanım Amerikanın Səsi radiosuna sabiq deputatın səhhətində problemlər olduğundan danışmaq iqtidarında olmadığını bildirib.

Bu il sentyabrın 25-də deputat G.Əhmədovanın Fransada mühacirətdə olan fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev özünün deputat olması üçün yüksək vəzifəli dövlət məmuruna rüşvət çatdırılması barədə danışıq əks olunmuş videonu sosial şəbəkələrdə yayıb. Video geniş ictimai tənqidlərlə qarşılanıb.

Gülər Əhmədova deputata mandatından imtina edib

Video ilə bağlı fakt üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə cinayət işi qaldırılıb. Gülər Əhmədova istintaq tərəfindən şahid qismində dindirilib.

Buna baxmayaraq, tənqid və təhqirlər azalmır. Sosial şəbəkələrdə, mediada son günlərin ən aparıcı mövzusu bu video və onun ətrafında baş verənlər aparıcı mövzu kimi qalır. Hətta Gülər Əhmədovanın üzvü olduğu Yeni Azərbaycan Partiyasına yaxın qəzetlərdə onunla bağlı həcv dolu şerlər dərc edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG