Accessibility links

Baş Prokurorluq: Sevinc Babayevanın Türkiyədə gizlənməsində Gülər Əhmədovanın iştirakı araşdırılır


Sevinc Babayeva
Sevinc Babayeva

Baş Prokurorluq Sevinc Babayevanın öz pasportu ilə Türkiyəyə getdiyini bildirir. O Türkiyədə Gülər Əhmədovanın tanışı tərəfindən himayə olunub

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti Sevinc Babayevanın ölümü ilə bağlı rəsmi məlumat yayıb.
Xəbərdə deyilir ki, S.Babayeva 25 sentyabr 2012-ci ildə internet saytlarında məlum videogörüntülər yayımlandıqdan sonra Gülər Əhmədovanın təklifi ilə ertəsi gün Beynəlxalq Hava Limanından Bakı-İstanbul reysi ilə öz ümumvətəndaş pasportu ilə ölkədən çıxıb və həmin gün İstanbul Hava limanında qeydiyyatdan keçib.

İstanbul şəhərində G.Əhmədovanın tanışı, Türkiyə vətəndaşı Səlcuk Ağlayan onun xahişi ilə S.Babayevanı qarşılayaraq özünün adına “Bəynova” otelində nömrə götürüb və S.Babayeva həmin oteldə 10 oktyabradək yaşayıb.

Qeyd edilən tarixdən etibarən S.Babayeva İstanbulun Esenyurt Atatürk məhəlləsində yerləşən “Ay işığı” yaşayış kompleksində S.Ağlayanın öz adına müqavilə bağlayaraq kirayə etdiyi mənzildə tək yaşamışdır. Orada yaşadığı müddətdə S.Babayeva özünü “Meryem Solmaz” adı ilə təqdim etmiş, S.Ağlayana məxsus mobil telefonla öz ailə üzvləri və G.Əhmədova ilə əlaqə saxlayıb, “Skype” vasitəsi ilə danışıb. Həmin vaxt o, ürək ağrılarından şikayətlənərək müxtəlif dərman preparatları qəbul edib. Noyabrın 16-da “Meryem Solmaz Muhammed” adı ilə “Cərrahpaşa Tibb fakültəsi” xəstəxanasının kardioloji poliklinikasına müraciət edərək müayinə olunub və müalicə pulunun yüksək olması səbəbindən müayinə və müalicəsini davam etdirə bilməyib.

Dekabrın 26-da S.Babayeva səhhətinin pisləşməsi ilə əlaqədar yaşayış kompleksinin mühafizə xidməti tərəfindən çağırılmış təcili tibbi yardımla Esenyurd dövlət xəstəxanasına aparılıb. S.Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunarkən, onunla birlikdə xəstəxanaya gəlmiş S.Ağlayan onu “Meryem Solmaz” adı ilə təqdim etdiyindən tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib. Xəstəxananın təqdim etdiyi sənədlərdə S.Babayevaya saat 09:32-dən saat 16:13-dək ilkin tibbi yardım göstərilməsi, o cümlədən kardioqrammasının çıxarılması, qan nümunələrinin götürülməsi və xəstəyə “ürək çatışmazlığı” diaqnozunun qoyulması göstərilib.

Həkimlərin daha keyfiyyətli kardioloji müayinə və müalicə tədbirlərinin davam etdirilməsi üçün xəstənin ixtisaslaşdırılmış tibb müəssisəsinə köçürülməsi barədə məsləhətlərindən sonra o, S.Ağlayan tərəfindən təcili tibbi yardım maşıını ilə “Medicana International İstanbul Hospital” xəstəxanasına aparılıb.

Xəstəxananın təqdim etdiyi tibbi sənədlərdə S.Babayevanın “Meryem Solmaz” adı ilə qeydiyyata alınaraq “ürək, qan-damar və ağ ciyər çatışmazlığı” diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilməsi və intensiv müalicə tədbirlərinin aparılmasına baxmayaraq onun qeyd edilən tarixdə saat 19.15-də orada vəfat etməsi göstərilib.

Araşdırmalar zamanı S.Babayevanın yaşadığı mənzildən şəxsi əşyaları, 10 adda müxtəlif dərman preparatları, o cümlədən ürək və qan-damar xəstəliklərinin müalicəsi üçün nəzərdə tutulan “Diltiazem” və “Aldactazide” preparatları və ekspertiza tədqiqatları üçün zəruri nümunələr götürülüb.

Dekabrın 29-da S.Babayevanın meyiti Azərbaycana göndərilib və həmin tarixdə onun ölümünün səbəblərinin müəyyənləşdirilməsi və digər xüsusatların araşdırılması məqsədi ilə təkrar məhkəmə-tibbi ekspertiza təyin edilib və ekspertizanın aparılması Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyinə tapşırılıb.

Hazırda S.Babayevanın ölkədən çıxmasında və Türkiyədə gizlənməsində G.Əhmədova və onun ailə üzvlərinin nə kimi iştirakının olması və digər xüsusatların araşdırılması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Mətbuat xidməti bildirir ki, Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan olunmuş Sevinc Babayevanın Türkiyədə vəfat etməsi ilə əlaqədar Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları İstanbul şəhərinə ezam olunub. Fakt üzrə Azərbaycan hüquq mühafizə orqanlarının əməkdaşları Türkiyəli həmkarları tərəfindən həyata keçirilən araşdırmalarla əlaqədar İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilmiş məhkəmə-tibbi ekspertizası müayinəsində, daha sonra baxış, dindirmə, götürmə və digər istintaq hərəkətlərində iştirak edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev qardaşı Mahir Abdullayevin oğurlanması, deputat olması ilə bağlı verdiyi pulla bağlı yaydığı videoların fiqurlarından olan Sevinc Babayeva Türkiyədə müəmmalı şəritdə ölüb. Elşad Abdullayev Sevinc Babayebanın Bakıda zəhərləndiyini iddia edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG