Xəbər verdiyimiz kimi, bu günlərdə müəmmalı şəkildə dcünyasını dəyişən, Azərbaycan parlamentində deputat yerlərinin satışı üzrə işdə vacib şahid olan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov Respublika Prokurorluğunda yaradılmış yeni tərkibli İstintaq Komissiyasına ifadə verib. Ayxan Məmmədov həm istintaqa ifadəsi, həm də anasının ölümü ilə bağlı AZPOLITIKA.info-ya müsahibə verib.
Onun sensasion iddialar, məlumatlarla zəngin müsahibəsini təqdim edirik.
- Ayxan, Gülər Əhmədova sənin açıqlamalarına cavab olaraq bildirib ki, Elşad Abdullayev səni təhdid etdiyi üçün belə danışırsan. Bu doğrudurmu? Ümumiyyətlə, Elşad Abdullayevlə əlaqən varmı?
- Elşad Abdullayev rektor olan vaxtlarda əlaqəmiz olub. Ancaq hazırda Elşad Abdullayevlə heç bir əlaqəm yoxdur. Bu açıqlamalarımın arxasında da nəyinsə və ya kiminsə durduğunu axtarmaq lazım deyil. Mənim yeganə bir məqsədim var – anamın qanını yerdə qoymamaq! Anam heç kimi satmadı! Gülər Əhmədovaya inanaraq Türkiyəyə getdi.
- Onda Gülər Əhmədova niyə deyir ki, Elşad Abdulayev səni təhdid etdiyindən belə danışırsan?
- Gülər Əhmədova diqqəti özündən yayındırmaq üçün belə danışır. Hər şeyi danmağa çalışır. Əgər anamı Türkiyəyə o aparmamışdısa, mən sual edirəm: niyə ölümündən bir neçə gün əvvəl onun əri Fikrət Əhmədov aparıb Türkiyədə anama pul verirdi?
- Gülər Əhmədovanın yoldaşı pulu anana şəxsən görüşərək vermişdi?
- Bəli, şəxsən görüşmüşdü.
- Bu gün istintaqa ifadə vermisən. Suallar nə ilə bağlı oldu, nə danışdın istintaqa?
- Bildiklərimin, anamın mənə söylədiklərinin hamısını onlara danışdım. Anam bildirmişdi ki, Elşadın pulunu “atıblar”... Həmçinin anamı Gülər Əhmədovanın Türkiyəyə necə qaçırdığını da danışdım. Biz xalamla birlikdə Türkiyəyə gedərkən, orada bizi Gülərin adamları qarşılamışdı...
- Bu gün azadliq.az saytında belə bir məlumat gedib ki, Sevinc Babayeva əvvəl Naxçıvana aparılıb, ordan isə qaçaq yolla Türkiyəyə keçırılıb. Bu məlumat doğrudurmu?
- Yalandır. Anam Bakıdan birbaşa İstanbula – Atatürk hava limanına uçub.
- Bəs onun Türkiyədə “Məryəm Solmaz” adına düzəldilmiş saxta pasportla yaşadığı xəbəri nə dərəcədə doğrudur?
- Bu da yalandır. Anamın saxta pasportu olsaydı, Türkiyədə həkimə gedərdi. Bilirsiniz ki, Türkiyədə xəstəni pasportsuz xəstəxanaya qəbul etmirlər. Bir dəfə “Cərrahpaşa” xəstəxanasına gedib, həkimin azərbaycanlı olmasına baxmayaraq, pasportu olmadığından anamı müayinə etməyiblər. “Məryəm Solmaz” adını ona Gülər Əhmədovagil qoymuşdular. Orada onun adamları anamı belə çağırırdılar.
- Ayxan, ananın ölümünə səbəb olan işlə bağlı deyilənlərdən əlavə sən nəsə bilirsənmi?
- Mən hər şeyi bilirəm!
- Bunlar barədə danışmaq niyyətin varmı?
- Danışmaq deyəndə ki... hər şey ortadadır da... Məni bu gün əsas maraqlandıran anamın ölümüdür. Anamın ölümündə də günahkar Gülər Əhmədovadır. Onu Türkiyəyə o aparmışdı. Demişdi ki, get, bir-neçə gün qal, hər şey yaxşı olacaq. Mən xalamla orda olarkən də, onlar “skayp”la danışırdılar. Gülər deyirdi ki, narahat olma, hər şey yaxşı olacaq. Ramiz Mehdiyevlə danışmışam, qayıdacaqsan Azərbaycana, sənə təzə iş də verəcəklər... Gülər deyirdi ki, mən 100 min pul verib özümə ev dustaqlığı aldım. Nənəmə, xalama deyirdi ki, hər şeyimi əlimdən alıblar. Bəs niyə o, ev dustaqlığından anama da almırdı, ölkədən qaçırırdı?! Mən öyrənmişəm ki, yalan deyir, heç nəyini almayıblar. Əri Fikrət Əhmədovun restoranı var, indi də fəaliyyətdədir.
- Dünənki açıqlamanda demişdin ki, ananın əlyazmaları var, onlar Türkiyə polisindədir. Onlar nə vaxt yazılmışdı?
- Nə vaxt yazıldığını bilmirəm. Mən Türkiyədə olarkən, onları oxudum.
- Nə yazılmışdı əlyazmalarda?
- Gülər Əhmədovaya yazırdı ki, mənə kömək elə... İndi Gülər Əhmədova deyir ki, anamın ona yazdığı mesajlar var. O mesajlarda nə olacaq ki? Yazırdı ki, kömək elə də. Sonra video çıxardıblar ortaya. O videoların hamısı quramadır, Gülər Əhmədovanın planlarıdır. Anam axır vaxtlar nə etdiyini bilmirdi. Gülər bilirdi ki, belə videolar yayılacaq. Ona görə də qabaqlayıcı addım kimi, bu işləri görürdü, anamdan da istifadə edirdi. O videoda anamın yanında oturan da Gülərin vəkilidir.
- İddia edirsən ki, Bakıda olarkən ananı Gülər Əhmədova zəhərləyib. Bu, çox ağır ittihamdır. Sübut edə biləcəksənmi?
- Bu, iddia deyil, faktdır! Anam özü deyib ki, məni Gülər Əhmədova zəhərləyib! Mən hardan bilirəm ki, gedib birlikdə çörək yeyiblər, saçlarını düzəltdiriblər?! Anamla Gülər Əhmədova bu hadisələrə qədər neçə il idi danışmırdılar. Çünki Gülər Əhmədova bizim çörəyimizə bais olmuşdu. Bizim Elşad Abdullayevlə heç bir problemimiz yox idi, hamısını Gülər Əhmədova elədi.
- Bu gün istintaqa ifadə verərkən, zəhərlənmə ilə də bağlı söhbət oldumu?
- Bəli, bunların hamısını istintaqa danışdım.