Accessibility links

Ramiz Mehdiyevin Elşad Abdullayevə cavabı və E.Abdullayevin R.Mehdiyevə sualı...


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Beynəlxalq Universitetin rektoru Elşad Abdullayev

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Beynəlxalq Universitetin keçmiş rektoruna cavab verib. Elşad Abdullayev Ramiz Mehdiyevi rüşvət almaqda suçlayır. Mehdiyev isə onun dediklərini cəfəng adlandırır

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına münasibət bildirib. Fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin rektorunun açıqlaması dekabrın 7-də “Azadlıq” qəzetində dərc edilib.

R. Mehdiyevin APA-ya eksklüziv açıqlamasında deyilir:

“Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.

Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik...

Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”, Ramiz Mehdiyev qeyd edib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq” qəzetində Prezident Administrasiyasının görüşü barədə açıqlama yayıb. Keçmiş rektorun açıqlamasını da olduğu kimi diqqətinizə çatdırırıq:

Ramiz Mehdiyev ABŞ səfirliyinin adından yalan danışıb?

“10 oktyabr 2005-ci ildə deputatlığa namizəd olaraq, 8 saylı brinci Binəqədi Seçki Dairəsindən Azərbaycan Parlamentinə deputat seçildim və Mərkəzi Seçki Kommisiyası rəsmi olaraq mətbuat orqanlarında deputat seçilməyimi elan etdi. Lakin, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev tərəfindən mənə təzyiq olundu ki, deputatlığımı könüllü geri götürüm.

Mənə bildirdilər ki: ABŞ səfirliyi bizdən tələb edir ki, (ABŞ səfirliyi bu faktı təsdiq etmədi) Müsavat Partiyasından ya Isa Qəmbər, ya da Arzu Səmədbəyli deputat seçilməlidir, Siz bizim adamsınız, biz Isa Qəmbəri parlamentə buraxa bilmərik, Nərimanov rayonundan Adil Əliyevlə namizəd düşüb, lakin, Arzu Səmədbəyli Sizinlə düşüb, bizim adamdır, Elçibəyin yadigarıdır, Siz deputatlığınızdan könüllü imtina etməlisiniz. Mən isə bu təklifdən imtina etdim, yerli məhkəmədən tutmuş Ali və Konstitusiya məhkəmələrinə qədər bir huququşünas kimi mənə qarşı olan ədalətsizlikdən şikayət etdim, hazırda Avropa Məhkəməsində mənim pozulmuş hüquqlarımdan biri də konstitusiya ilə müəyyən edilmiş siyasi hüququmdur.

Bütün yollar Romaya aparır

Lakin, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın təzyiqi ilə mənim deputatlığım ləğv edildi. Buna etiraz olaraq Azərbaycan Respublikasının bütün məhkəmə instansiyalarına müraciət etdim.

Məlumdur ki, Azərbaycanda məhkəmələr qanuna deyil, şəxsin iradəsinə tabe olduğu ücün mənim şikayətim təmin edilmədi. Demək istəyirəm ki, mən deputat seçilmişdim. Ikinci dəfə deputatlığa namizədliyimi verəndə mənə qarşı məlum “Gülərqeyt” əməliyyatı keçirdilər. Bu əməliyyatla da mənim deputat seçilməyimə əngəl oldular. Ikinci dəfə namizədliyimi boş deputat yeri qalmış Binəqədi 9 saylı Seçki Dairəsindən verdim. Bu andan da, təqdim etdiyim video görüntülərdən göründüyü kimi, mənə qarşı Ramiz Mehdiyevin “Gülərqeyt” əməliyyatı başladı. Bütün yollar Romaya aparıb cıxarırdı.

Məndən tələb edirdilər ki, məhkəmə şikayətini geri götür. Mən isə bildirdim ki, əgər deputat keçərəmsə məhkəmə şikayətimi geri götürərəm. Bu ərəfədə məni Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev şəxsən qəbul etdi, sual-cavab etdikdən sonra mənə uğurlar arzuladı. Mən Ramiz Mehdiyevin yanından çıxandan sonra, Prezident Aparatının 3-cü girişinin sağ tətəfdən birinci mərtəbəsində Idarəetmə Akademiyasında tələbəm olmuş, yaxından tanıdığım və səmimi əlaqə saxladığım şəkili Mamedin qapısı açıq qalmış otağından keçmiş deputat Gülər Əhmədova və vasitəçi Sevinc Babayeva məni içəri dəvət etdilər. Məndən soruşdular ki, Ramiz Ənvəroviçlə görüşdünüzmü? Mən çox təəcübləndim. Bunlar haradan biliblər ki, mən Ramiz Mehdiyevin yanından çıxıram?!

Mənə bildirdilər ki, deputatlığın pul işinə biz baxırıq, haqq-hesabı bizimlə etməlisən, əks-təqdirdə yenə də qutuda qalacaqsan. Mən Gülər Əhmədovaya və Sevinc Babayevaya bildirdim ki, 4 ildir oğurlanmış qardaşım Mahirin problemini həll edə bilmirsiniz, deputatlığı necə həll edə bilərsiniz? Deputatlıq işini həll etmək üçün nə qarantiyanız var? Onlar mənə bildirdilər ki, “hə” desəniz, bu dəqiqə Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Alı Qocayev sənə qarant duracaq ( bu video görüntülərə yaxın zamanda baxacaqsınız).

Prezident Aparatından birbaşa Alı Qocayevin qəbuluna getdim

Mən “hə” dedim və otaqdan çöldə gözlədim. Bu zaman 5-10 dəqiqədən sonra mənim Alı Qocayevə məlum olmayan 050 211 05 35 mobil telefonuma Binəqədi Rayon Icra Hakimiyyətinin başçısı Alı Qocayev zəng vurdu və məni təbrik etdi: “Siz bu gündən deputatsınız, Ramiz Mehdiyev tapşırıq veribdir, bu gün təcili şəxsi işlərinizi mənə gətirin”.

Mən bundan sonra, Prezident Aparatından birbaşa Binəqədi Icra Hakimiyyətinin başçısı Alı Qocayevin qəbuluna getdim, görüşdük, söhbətimizə başçının dəvəti ilə yeni təyin olunmuş Binəqədi YAP sədri, Seçki Komissiyasının sədri Nəbi müəllim də iştirak etdi...

Mənə qarşı aparılan “Gülərqeyt” əməliyyatının başlıca məqsədi mənim deputatlığa yolumu bağlamaq olub. Ramiz Mehdiyev ehtiyat edirdi ki, mən 9 saylı Binəqədi seçki dairəsindən də deputat seçilə bilərəm, buna görə də seçkiyə kimi mənə qarşı “Gülərqeyt” əməliyyatı qurdu ki, mən deputat keçməyim. Bu dairədən də deputat Rafael Cəbrayılov keçirildi.

Azərbaycanda adam oğurluğu ilə məşgul olan mütəşəkkil cinayətkar təşkilat bilirdi ki, mən deputat olsam bunları çox asanlıqla ifşa edə bilərəm və nəyin bahasına olursa-olsun məni parlamentə buraxmaq olmazdı, hətta 5-10 milyon versəm də belə...", Elşad Abdullayev bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG