Accessibility links

Gülər Əhmədova deputatlıqdan imtina etdi


Gülər Əhmədova
Gülər Əhmədova

Rüşvət sövdələşməsində adı hallanan YAP nümayəndəsi cəmiyyətin qınağı ilə üzləşir

Gülər Əhmədova deputat mandatının ləğv olunması üçün ərizə ilə Milli Məclis rəhbərliyinə müraciət edib.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, Gülər Əhmədova ərizəsində son günlər yayılan videonu əsas gətirərək deputatlığına xitam verilməsini istəyib.

Milli Məclis ərizəyə oktyabrın 1-də keçiriləcək plenar iclasda baxacaq.

Hakim Yeni Azərbaycan Partiyasının üzvü Gülər Əhmədova parlamentə 34 saylı Xətai ikinci seçki dairəsindən seçilib.

Bu günlərdə Gülər Əhmədovanın Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayevdən deputat yeri üçün əlavə 500 000 manat istəməsini göstərən video üzə çıxıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG