Accessibility links

Gülər Əhmədovanın səhhəti pisləşib


Gülər Əhmədova
Gülər Əhmədova

O, ürək müayinəsindən keçəcək

Bakı istintaq təcridxanasında saxlanılan keçmiş deputat Gülər Əhmədovanın səhhəti pisləşib, bu barədə vəkil Eldar Qədimi bildirib.

Onun sözlərinə görə, həkimlər ağ ciyərlərin genişlənməsi diaqnozu qoyub. Ürəklə bağlı da problemləri var.

Vəkilin sözlərinə görə, fevralın 16-da Əhmədova ürək müayinəsindən keçəcək.
Gülər Əhmədova CM-in 178.3.2 (fırıldaqçılıq, başqasının əmlakını mənimsəmə, etimaddan sui-istifadə) və 307.2-ci (cinayətin qəsdən gizlədilməsi) maddələri ilə ittiham olunur. Məhkəmə onun barəsində üç ay həbs qətimkan tədbiri seçib.
XS
SM
MD
LG