Accessibility links

Müdafiə komitəsi hökuməti jurnalisti həbsdən azad etməyə çağırıb


Nicat Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsi
Nicat Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsi

Nicat Əliyevin 2012-ci ildə “Eurovision” müsabiqəsi öncəsi saxlanıb, 10 il həbsə məhkum edilib

10 il həbsə məhkum edilmiş “azadxəbər.org” internet saytının rəhbəri Nicat Əliyevin Hüquqlarını İctimai Müdafiə Komitəsi mətbuat konfransı keçirib.

Komitənin üzvü Pərviz Zeynalov N.Əliyevin 2012-ci ildə “Eurovision” müsabiqəsi öncəsi saxlanıb, 9 ay narkotikdən istifadə ittihamı ilə həbsdə qalıb. Sonra ona qarşı daha 3 ittiham irəli sürülüb.

N.Əliyev və onunla birgə həbs edilənlər əvvəlcədən əlbir olan bir qrup şəxslərin dini təyinaylı ədəbiyyat yaymaq, bir qrup şəxs tərəfindən hakimiyyəti zorla ələ keçirmək və saxlamaq, milli, irqi, dini nifrət yaymaq ittihamı verilib.

Jurnalist ittihamları və məhkəmə qərarını qərəzli və sifarişli adlandırıb.

Pərviz Zeynalov deyib ki, narkotik ittihamı sübuta yetirilmədiyi üçün sonradan 3 yeni ittiham irəli sürülüb.

“Qabaqcadan əlbir olan bir qrup şəxs” ittihamı da əsassız dır. Çünki Nicat Əliyev bu şəxsləri ancaq Kürdəxanı təcridxanasında bir kamerada saxlandığı zaman görüb
P.Zeynalov hesab edir ki, N.Əliyev jurnalist fəaliyyətinə görə həbs edilib və bu həbs söz azadlığına qəsd sayılmalıdır.

İslamçıların Hüquqlarını İctimai Müdafiə Komitəsinin (İHMK) rəhbəri Mirqasim Əliyevə görə, bu insanların yeganə “günahı” milli-mənəvi dəyərlərə sahib çıxmalarıdır.

“Necə olur ki, dövlətçiliyin əsasını sarsıdan “mandat alveri” rüşvətinə görə Gülər Əhmədovaya 3 il həbs verilir, etmədiyi cinayətə görə günahsız insanlar 10 il azadlıqdan məhrum edilirlər”, - deyə M.Əliyev bildirib.

M.Əliyev iqtidarı bütün siyasi məhbusları azad etməyə, şərləməklə vətəndaşları həbsə almaq “təcrübəsi”nə son qoymağa çağırıb.
XS
SM
MD
LG