Accessibility links

"azadxeber.org saytının redaktoruna qarşı ittiham siyasi motivlidir"


Nicat Əliyevin hüquqlarını ictimai müdafiə komitəsinin toplantısı
Nicat Əliyevin hüquqlarını ictimai müdafiə komitəsinin toplantısı

Narkotik saxlama ittihamı ilə həbs edilən jurnalistin hüquqlarını müdafiə komitəsi Nicat Əliyevin azad edilməsini tələb edir

azadxeber.org saytının redaktoru Nicat Əliyevə qarşı cinayət işi uydurmadır və siyasi motivlidir. O, ifadə azadlığına görə təqib olunur, onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə prokurorun çıxışı isə olduqca sərtdir. N.Əliyevin hüquqlarını Müdafiə Komitəsinin RATİ-də təşkil etdiyi bugünkü “dəyirmi masa”nın ümumi leytmotivi belə olub.

Xatırladaq ki, bu dini saytın redaktoru CM-in 234.1. (qanunsuz narkotik maddənin saxlanması), 167-2.2.1 (bir qrup şəxs tərəfindən dini ədəbiyyatın yayılması), 281.2 (hakimiyyətin zorla zəbt edilməsinə və konstitusiya quruluşunun dəyişdirilməsinə açıq çağırışlar) və 283.2.2 (milli, irqi və dini ədavətin qızışdırılması) maddələri ilə ittiham olunur.

Vəkil Yalçın İmanov bildirib ki, N.Əliyevin həbsinin əsl səbəbi dindarların hüquqlarının pozulması, məktəblərdə hicaba qadağanın qoyulması ilə bağlı din xadimlərinin tənqidlərini dərc etməsidir.

İlkin olaraq o, CM-in 234.1-ci maddəsi ilə ittiham olunub və Yasamal rayonunun 27-ci polis bölməsində işgəncə altında ondan ifadə alınıb (iki dişi çıxarılıb və qulaq pərdəsi deşilib).

İstintaq N.Əliyevi qadağa olunmuş “Möcüzəsiz möcüzə” adlı kitabı saxlamaqda təqsirli bilinir, halbuki, kitabda xəstəliklərə qarşı mübarizə yollarından danışılır. Millətlərarası ədavətin qızışdırılması ittihamı da əsassızdır. Çünki istintaq ədavət faktını dəqiqləşdirmir.

N.Əliyev digər dini xadimlər Abgül Süleymanov, Zülfüqar Zülfüqarlının hicaba qadağa ilə bağlı tənqidi fikirlərini dərc edib. Maraqlıdır ki, bu yazıların müəlliflərinə daha az cəza müddəti verilir, nəinki N.Əliyevə.

İttiham “Eurovision” ərəfəsində yayılmış videoçarxdan irəli gəlir, belə ki, burada alimlərin və ilahiyyatçıların yerli telekanallara müsahibələrindən fikirlər əksini tapıb.
Müttəhimlər mütəşəkkil qrupun tərkibində fəaliyyət göstərməkdə ittiham olunurlar, halbuki, onların çoxu bir-birini tanımır.

Vəkil bildirib ki, ölkədə müstəqil məhkəmə sistemi yoxdur, odur ki, bütün müttəhimlərin barəsində ittihamnaməni gözləmək lazımdır.

Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoğlu diqqəti dindarlara qarşı repressiyaların artmasına yönəldib.
Bu siyasət Azərbaycanın tolerantlıq və multikulturalizm modeli olması barədə fikirləri dağıdır. İ.İbrahimoğlu cəmiyyətin dindarlara və dindar olmayanlara parçalanması siyasətini qeyd edib. O, vətəndaş cəmiyyətini dindarların hüquqlarının pozulmasına laqeyd qalmasına görə tənqid edib. Onun sözlərinə görə, cəmiyyət insan hüquqlarının pozulmasına qarşı mübarizədə səylərini konsolidasiya etməlidir. Çünki hakimiyyət özgə cür düşünənlərə qarşı kampaniya aparır.

Turan agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin tolerantlıq və multikulturalizm ilə bağlı siyasətinin yalan olduğunu bildirib. Hakimiyyətin bir marağı var – varlanmaq, təqib etmək, zülm etmək. Bu siyasət iflasa uğrayır, ölkədə böhran dərinləşir və bu vəziyyətdən çıxış yolunu repressiyaların güclənməsində görürlər.

N.Əliyevin hüquqlarını Müdafiə Komitəsinin üzvü, azadxeber.net-in əməkdaşı Pərvin Zeynallı N.Əliyevin hüquqlarının müdafiəsi ilə bağlı atılacaq addımlardan danışıb. Belə ki, noyabrın 7-də saat 10:30-da növbəti məhkəmə iclası ilə bağlı aksiyanın keçirilməsi təklif olunur. Üzərində N.Əliyevə azadlıq çağırışı olan köynək geyinmək təklif olunur.
Hökm oxunarsa azadxeber.net saytının redaksiyasında aclıq aksıyasına başlanılacaq.

Xatırladaq ki, N.Əliyev və daha 9 dindar 2012-ci ilin mayında “Eurovision” mahnı müsabiqəsi ərəfəsində cinayət məsuliyyətinə cəlb olunublar. Onlar Azərbaycan hakimiyyətinin siyasətini tənqid edən vərəqələrin və videodisklərin yayılmasında ittiham olunurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG