Accessibility links

Əli Həsənov: Həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı hələ təşəbbüs yoxdur (Video)


Əli Həsənov: Həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı hələ təşəbbüs yoxdur
please wait

No media source currently available

0:00 0:00:48 0:00

Əli Həsənov: Həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı hələ təşəbbüs yoxdur

Hazırda 7 jurnalist həbsdədir

Həbsdə olan jurnalistlərin azad edilməsi ilə bağlı hələ təşəbbüs yoxdur. Jurnalistlərin qurultayının təşəbbüsü olacaqsa əlbəttə baxıla bilər. Bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Amerikanın Səsinin sualının cavabında bildirib.

Onun sözlərinə görə, hazırda bəzi jurnalistlərin və mətbuat orqanlarının üzərində müəyyən məhkəmə qərarları mövcuddur.

“Hesab edirəm ki, bunu qurultayla əlaqələndirməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycanda indiyədək məhkum olunmuş, barəsində məhkəmə hökmü çıxarılan jurnalistlərin əksəriyyəti əfv olunub. Arzu edək ki, bundan sonra da həbsdə olan jurnalistlərin qapısı açıq olsun, həbsdən azad edilsinlər”, Həsənov bildirib.

Azərbaycanda hazırda 7 jurnalist həbsdədir. Bunlar “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Tolışi sado” qəzetinin baş redaktoru Hilal Məmmədov, müstəqil jurnalistlər Fərəməz Allahverdiyev, Fuad Hüseynov (Ucar rayonu), azadxeber.org saytının müxbiri Nicat Əliyev, xeber44.com saytının müxbiri Araz Quliyev, “Yeni Müsavat” qəzetinin şərhçisi Tofiq Yaqublu.
XS
SM
MD
LG