Accessibility links

Prokuror terrora cəhddə günahlandırılan islamçılara iş istəyib


İslamçıların məhkəməsi
İslamçıların məhkəməsi

Prokuror Eurovisiion zamanı terrora cəhddə günahlandırılanlara 10 ilədək iş istəyib

Oktyabrın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror hadisəsi törətməyə cəhddə təqsirləndirilən Azadxeber.org saytının baş redaktoru Nicat Əliyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Vəkili Anar Qasımlı Amerikanın Səsinə bildirib ki, dövlət ittihamçısı Nicat Əliyev, Elvin Nəsirov, Ceyhun Səfərliyə 10 il, Qorxmaz Camalov, Valeh Abdullayevə 9 il, Samir Hüseynova 8 il, Elmixan Hüseynova 7 il, Emin Tofidi ilə Əli Əliyevə 6 il, Səfər Məmnmədova 5 il azadlıqdan məhrumetmə cəzası istəyib.

İz üzrə Təqsirləndirilənlər dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satmaq və ya yaymaqda, hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlarda, dini nifrət və düşmənçiliyin salınmasında ittiham olunur.

Bu şəxslər ötən ilin aprel-may aylarında Bakıda və Sumqayıtda Eurovision 2012 mahnı müsabiqəsinin keçirilməsinə etiraz olaraq video disklər yayıb, Evrovision və ehtimal edilən “gey-parad”a etiraz ediblər.

Onlar dini ədəbiyyat əldə ediblər və təhrif olunmuş formada ictimai yerlərdə yaymağa başlayıblar. Mayın 18-də Bakıda yerləşən “Məşədi Dadaş” məscidində Eurovision-a etiraz barədə plan hazırlayıblar.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhd edən 40 nəfər həbs edilib. Onların bir neçəsinin məhkəməsi artıq başa çatıb və barələrində hökm elan olunub. Həmin şəxslərin İran İslam İnqilabı Keşikçiləri Korpusu - “Sepah”la əməkdaşlıq etdikləri bildirilib.

Vəkil bildirib ki, zalda prokurorun çıxışı etirazla qarşılanıb.
Məhkəmə prosesi noyabrın 7-də davam etdiriləcək.
XS
SM
MD
LG