Noyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın məhkəmə prosesi Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişmiş Sevinc Babayevanın oğlunun ifadəsi ilə davam edib.
S. Babayevanın oğlu Ayxan Məmmədov anasının ölümündə Gülər Əhmədovanın günahkar olduğunu məhkəmənin diqqətinə çatdırıb.
A.Məmmədov deyib ki, anası G.Əhmədova ilə bağlı olan məsələlər barədə ona danışıb. Anam mənə demişdi ki, iki dəfə Mərdəkan yolunda hər dəfə 500 min manat olmaqla Elşad Abdullayevdən pul alıblar.
Gülər Əhmədova ilə Sevinc Babayevanın münasibətləri Gülər Əhmədovanın verdiyi deputatlıq vədini yerinə yetirmədikdən sonra Abdullayevin pulunu geri qaytarmadığına görə hələ 2006-cı ildən pozulub.
Ayxan Məmmədov deyib ki, anasını Türkiyəyə G.Əhmədova göndərib və onun ölümündə də G.Əhmədova günahkardır.
Gülər Əhmədova ifadəsindən sonra Ayxan Məmmədova suallar verib. Onu nə vaxtdan tanıdığını, anasının aldığı evlər, maşınlar haqda soruşub.
Prokuror və Gülər Əhmədovanın vəkili Ayxan Məmmədovun istintaqa verdiyi ifadələrlə məhkəməyə verdiyi ifadələr arasında ziddiyətlərin olduğunu bildirib.
Məhkəmə prosesi davam edir.
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib.
Videoda deputata mandatı alması üçün Elşad Abdullayevdən alınan rüşvətlərin miqdarı və həmin pulların yüksək vəzifəli şəxslərinə çatacağından söhbət gedir. Elşad Abdullayev Fransada siyasi sığınacaq alandan sonra bu ifşaedici videoları yayıb.
Bu ilin fevralın 13-də G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Gülər Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.