Noyabrın 12-də keçmiş deputat Gülər Əhmədovanın işi üzrə prosesdə şahid ifadələrinin dinlənilməsi davam edib.
Gülər Əhmədova dələduzluq və başqasının külli miqdarda əmlakını mənimsəməkdə, ağır cinayəti ört-basdır etməkdə ittiham olunur. Hər iki maddə üzrə onu əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum olunma cəzası gözləyir.
12 noyabr iclasında iş üzrə adı keçən mərhum Sevinc Babayevanın bacısı Vəfa Babayeva şahid ifadəsi ilə çıxış edib.
“Bacım Türkiyəyə gedəndən sonra onunla telefonla danışdım. Dedim ki, bizi niyə biabır etmisən? O isə dedi ki, bu, bir oyundur düşmüşəm. Mənim arxamda Gülər dayanıb. O, toxunulmazdır. Heç kim mənə heç nə edə bilməz”, - V.Babayeva bildirib.
Öz növbəsində G.Əhmədova deyib ki, deputat mandatı ilə bağlı Elşad Abdullayevlə heç bir alver olmayıb.
“Orada heç bir vəzifəli şəxsin adı çəkilməyib. Mən buradan çıxandan sonra onu Fransada tapıb məhkəməyə verəcəyəm, həbs etdirəcəyəm. Sevincin ailəsini o maliyyələşdirir. Lakin mən onun təhdidlərinə əyilən deyiləm”, - G.Əhmədova bildirib.
Proses davam edir.