“Sərhədsiz reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatı dünyada mətbuat azadlığının illik indeksini açıqlayıb.
Ümumi siyahıya 180 ölkə daxildir. MDB dövlətləri ayrıca blokda yerləşdirilib.
Məlumata görə, Azərbaycan 160-cı yerdə dayanır.
Təşkilat vurğulayıb ki, bu ölkədə jurnalistlərin və blogerlərin həbsinin artdığı şəraitdə media plüralizmi təhlükə altındadır.
Telekanallar nəzarət altındadır, əsas xarici radiolar qadağan edilib, əsas müxalifət qəzeti iqtisadi cəhətdən “son nəfəsini” verir.
Azərbaycan ötən il “Sərhədsiz reportyorlar”ın reytinqində 156-cı olub.
Ermənistan siyahıda 78-ci, Gürcüstan 84-cüdür.
Təşkilat həmçinin bildirib ki, mətbuat azadlığının illik indeksinə görə ilk sıranı Finlandiya, sonuncu pilləni Eritreya tutur.