Accessibility links

Elşən Həsənov: Siyasi məhbusları azad edin - 2015-ci il oyunlarını boykota çağıracağıq [Video-müsahibə]


Elşən Həsənov: Siyasi məhbusları azad edin - 2015-ci il oyunlarını boykota çağıracağıq
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Elşən Həsənov: Siyasi məhbusları azad edin - 2015-ci il oyunlarını boykota çağıracağıq

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının sədrinin Amerikanın Səsinə müsahibəsi

“Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının sədri Elşən Həsənov Amerikanın Səsinə müsahibəsində ölkədə siyasi məhbusların sayının artmasının və siyasi motivlərlə həbslərin səbəblərindən danışır.

Həsənovun sözlərinə görə hazırda ölkədə 164 siyasi məhbus var. “Siyasi məhbusların arasında həm dindarlar, həm bitərəflər, həm də siyasi partiya üzvləri var. Bu şəxslərin hərəkətlərində hər hansı cinayət tərkibi yoxdur”, o qeyd edib.

Alyans rəhbərinin fikrincə, siyasi motivli həbslərə əsasən söz, mətbuat və toplaşmaq azadlığı hüququnu reallaşdırmaq istəyənlər məruz qalır. “Ona görə də siyasi məhbusların sayı artmada davam edəcək”.

Hüquq müdafiəçisi siyasi həbslərin səbəbini ölkədə narazılığın həddən çox olması ilə izah edir.
“Hakimiyyət narazı insanların toplaşmasından qorxur. Narazı insanlar fəallıq göstərib danışan kimi həbs edilir. Siyasi həbslərin əsas səbəbləri həm də korrupsiya, rüşvətxorluq, məmur özbaşınalığı ilə bağlıdır”.

Həsənov hökuməti siyasi məhbusları azad etməyə çağırıb. “Siyasi məhbuslar azad edilməsə beynəlxalq ictimaiyyəti 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya oyunlarını boykot etməyə çağıracağıq”, o qeyd edib.
XS
SM
MD
LG