Accessibility links

Müsavat Partiyası: Ə.Axundov həyatına qəsd edərək Əliyevlər rejiminin qurbanına çevrilib


Musavat Partiyasi
Musavat Partiyasi
Müsavat partiyası siyasi məhbus Rəşadət Axundovun babası Ənayət Axundovun intiharından narahatdır.

Bu barədə partiyanın bəyanatında deyilir.

“Ə.Axundov həyatına qəsd edərək Əliyevlər rejiminin qurbanına çevrilib”deyə bəyanatda qeyd edilib.

Müsavat Partiyası hesab edir ki, bu ölümdə cinayət tərkibi olduğundan iqtidarı, Ə.Axundovu özünü öldürmək dərəcəsinə çatdırmaqda ittiham edirlər.

Sənəddə bu hadisə iqtidarın azad fikirli gənclərə qanunsuz mübarizəsinin nəticəsi kimi dəyərləndirilir, günahkarların cəzalandırılması tələb edilir, mərhumun ailəsinə və yaxınlarına başsağlığı verilir.

2013-cü ilin mart ayının 7-dən müxtəlif bəhanələrlə həbsə alınan NİDA Vətəndaş Hərəkatının 7 üzvü və “Azad Gənclər” təşkilatının üzvü İlkin Rüstəmzadəyə açılmış cinayət işinə əlavə 220.1 (kütləvi iğtişaşlara hazırlıq) ittihamı irəli sürülüb. Bu maddə ağır cinayətlər kateqoriyasına aiddir və bu maddə ilə ittiham olunan şəxslər 4 ildən 12 ilədək həbs cəzasına məhkum edilə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG