Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində oğlu Türkel Kərimlinin həbsini ailəsinə qarşı siyasi qəsd kimi qiymətləndirib. Türkel Kərimli sentyabrın 22-də saxlanılıb. Bu gün məhkəmə onu və iki dostunu inzibati qaydada həbs edib.
Sual: Sizin oğlunuza məhkəmə inzibati qaydada 25 sutka həbs kəsib. Necə qiymətləndirirsiniz? Buna səbəb vardı?
Cavab: Heç bir səbəb yox idi. Oğlum heç bir qanuna zidd əməl törətməyib. Yoldaşları ilə şəhərdə gəzən zaman, tamamilə onlar üçün gözlənilməz şəkildə polislər onları saxlayıb, polis bölməsinə aparıb.
İki gün baş sındırıblar ki, onlara hansı ittihamı irəli sürsünlər. Bir neçə dəfə ittihamı dəyişdiriblər. Əvvəl ittiham belə idi ki, guya hansısa plakat cırıblar, amma nə cırılan plakat üzə çıxdı, nə onu göstərə bildilər, baxmayaraq ki, o plakatların yanında kameralar var idi. Sonra polisə müqaviməti ortalığa atdılar. Yenə də orada kameralar var idi.
Kameralara müraciət edə bilərdilər ki, polisə müqavimət necə olub, onu da etmədilər. Tamamilə qurama bir ittihamdır. Məndən qisas almaq məqsədi ilə quraşdırılmış ittihamdır. Fikir veribsinizsə, sanksiyanın ən yuxarı həddində inzibati cəza kəsiblər, 25 sutka.
Bu, həm də Türkelin təhsilinə mane olmaq cəhdidir. Çünki sabah Türkelin dərsi başlayır, 3-cü kurs tələbəsidir, əla oxuyur. Belə bir vaxtda demək olar ki, onun bir ayadək dərs buraxması təhsilinə çox ciddi zərbədir. Görünür dolayı məqsədlərdən biri də bundan ibarətdir.
Ümumiyyətlə hökumətin mənə və ailəmə qarşı siyasəti cəngəllik qanunları ilə müəyyənləşir. Bilirsiniz ki, əvvəllər əmim oğlu siyasi məhbus həyatı yaşadı, hazırda qaynım iki ilə yaxındır heç bir əsassız və məhkəməsiz Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında girov saxlanılır. Özümə qarşı hələ də bağlanmamış cinatəy işləri var, pasport verilmir.
Yeri gəlmişkən, sabah Avropa Birliyinin parlamentində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı dəyirmi masaya dəvət olunmuşdum, amma təbii ki, pasportum olmadığı üçün bu tədbirə də qatıla bilməyəcəm. Cəbhəçilərə (AXCP üzvləri nəzərdə tutulur-red) də münasibət çox sərtdir. Bu günlərdə Pərviz Həşimliyə mənə qarşı bəyanat vermədiyinə, partiyaya qarşı hazırlanmış bəyanatı imzalamadığına görə qurama ittihamlarla cinayət işi qaldırılıb. Partiyamızın Qəbələ rayon fəallarından biri Tehran bəy qurama işlə 25 sutka həbsə məruz qalıb.
Daha bir neçə partiya funksionerinə ciddi təzyiqlər edilir. Hətta ciddi təzyiqlər edilir ki, onlar partiyadan imtina etməlidirlər, yoxsa onlara qarşı qurama cinayət işləri olacaq.
Yəni, bu rəqabətdən qorxan, azad, ədalətli seçkilərdə məğlub olacağını dəqiq bilən İlham Əliyevin öz rəqiblərindən qisas almasının növbəti raundudur. Bu, qisas əməliyyatıdır. Əli Kərimliyə qarşı qisas əməliyyatıdır. Mən dönə-dönə ona müraciət edirəm ki, öz əməllərimə görə özüm məsuliyyət daşımaq istəyirəm. Nə mənim günahsız qaynım, nə mənim siyasətdən uzaq olan günahsız oğlum, nə başqa qohumlarım mənə görə məsuliyyət daşımamalıdır. Dünyanın heç bir yerində belə siyasət, belə əxlaq, belə mənəviyyat yoxdur. Azərbaycanı bu qədər geriyə çəkmək, bu qədər cəhalətə qaytarmaq olmaz. Azərbaycan hökuməti bu siyasəti ilə bütövlükdə ölkəni rüsvay edir. Mən çox təəssüflənirəm. Onu da bildirmək istəyirəm ki, cəbhəyə, ailəmə, özümə qarşı təzyiqlər çox olsa da, bu təzyiqlər məni yolumdan döndərə bilməz. Mən öz ideyalarımda ardıcılam və ideyalarımın gerçəkləşməsi üçün bütün mümkün olanları edəcəm.
Sual: Bir çox ekspert deyir ki, seçki dövründə sizi təsir altında saxlamaq üçün belə hərəkət edilib. Siz necə qiymətləndirirsiniz, vəziyyətdən çıxışı nədə görürsünüz?
Cavab: Əgər bunu düşünürlərsə çox səhv edirlər. Məni hansı təsir altında saxlaya bilirlər ki? Mən onsuz da nə qaynımın, nə oğlumun, nə də başqa olacaq qohumlarımın həbsinə görə mübarizəmi səngitmirəm. Milli Şurada birliyin saxlanması üçün, Milli Şurada vahid namizədimiz Cəmil Həsənlinin uğur qazanması üçün bütün mümkün olanları edirəm.
Bilməlidirlər ki, hər hansı addımlar atmalarından asılı olmayaraq gücüm çatan qədər bu mübarizədə olacam. Burada geri çəkilməkdən söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, əgər o ümidlə edirlərsə, çox səhv edirlər.
Bu prosesin nəticəsində onlar nəyə nail olurlar? Mənə, ailəmə, xüsusilə siyasi təcrübəsi az olan ailə üzvlərimə bir sıxıntı yaşadırlar. Eyni zamanda, özləri bütün dünyada rüsvay olurlar. Azərbaycan xalqının mütərəqqi hissəsinin gözündən tamamailə düşürlər. Amma onsuz da mənim siyasi fəaliyyətimə hər hansı formada təsir göstərə bilmirlər. Nəinki qohumlarımın, mənim özümün də həbs olunmağım siyasi fəaliyyətimdə hər hansı korrektə yarada bilməz.
Sual: Vəziyyətdən çıxışı nədə görüsünüz? Məhkəmələrə müraciət edəcəksinizmi, apellyasiya şikayəti verəcəksinizmi?
Cavab: Əlbəttə, apellyasiya şikayəti olacaq. Vəkil var. Biz tələb edəcəyik ki, həmin ərazilərdəki kameraların video lentləri təqdim olunsun. Oğlumun tam günahsız olduğuna yüzdə-yüz əminəm. Müstəqil məhkəmə olmadığına da əminəm. Ona görə də bütün hüquqi prosedurlara baş vuracağıq. Amma, eyni zamanda onu da biləcəyik ki, biz hüquqsuz bir ölkədə yaşayırıq.
Sual: İttihamalrı necə qiymətləndirərdiniz? Oğlunuz içkili vəziyyətdə, belə bir ittiham var?
Cavab: Tamamilə boş söhbətdir. Ümumiyyətlə oğlumu qaralamaq istəyirlər. Siz fikir vermirsiniz? Bu debatlarda mən namizəd olmaya-olmaya hökumətin sözçüləri tərəfindən ən çox vaxt mənə sərf olunur. Məndən sonra isə ən çox vaxt oğluma həsr olunur. Bəri başdan artıq mənim oğlumu qaralamaq üstündə kampaniyaya başlayırlar. Görünür onun yüksək təhsil alması, təhsildəki nailiyyətləri bir çoxlarını qıcıqlandırır, narahat edir. Çox təəssüf ki, belə adamlar da var. Çox təəssüf ki, belə adamlar da var ki, bir azərbaycanlı gəncin yüksək təhsil nailiyyətindən qıcıqlanırlar, ondan narahat olurlar. Çox təəssüf edirəm ki, belə adamlar da var. Belə adamlar daha çox hakmiyyətdə təmsil olunurlar. Bunların hamısı məhz o məqsədlərlə quraşdırılmış ittihamlardır. Oğlumu yoldaşları ilə şəhərdə gəzən zaman yaxalayıblar, polis idarəsinə aparıblar. Oğlum yaxşı bilir ki, atası və ailəmiz hansı təhlükədədir. O, heç bir halda qeyri-qanuni addımlar atan adam deyil. Onun nə plakat cırması, nə içkili vəziyyətdə olub hansısa başqa hərəkətlər eləməsi qətiyyən inadırıcı deyil, mümkün də deyil. Məhkəmədə də bunların heç biri ortaya çıxmadı. Bir dənə fakt ortaya qoya bilmədilər. İki polis işçisi gətirib saxta şahid etmişdilər, onlar da bir-birinin dediklərini təkzib etdilər. Ona görə bu tamamilə absurd ittihamdır. Bizim gözümüzün qarşısında olduqca günahsız adamlara indiyədək dəfələrlə mənasız və cəfəng ittihamlar irəli sürülüb. Bu da onun tərkib hissəsidir. Bu, siyasi qisasçılıq əməliyyatıdır.
Qeyd: Sentyabrın 23-də Nəsimi Rayon Məhkməsi AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimliyə 25 sutka və onunla birgə saxlanılan Ülvi Nuriyevə 25, Coşqun Salahova 30 sutka inzibati qaydada həbs verib.
Gənclər İnzibati Xətalar Məcəlləsinin 310.1 (polisə tabe olmamaq) maddəsi ilə günahlandırılıb.
Sual: Sizin oğlunuza məhkəmə inzibati qaydada 25 sutka həbs kəsib. Necə qiymətləndirirsiniz? Buna səbəb vardı?
İki gün baş sındırblar ki, onlara hansı ittihamı irəli sürsünlər.
İki gün baş sındırıblar ki, onlara hansı ittihamı irəli sürsünlər. Bir neçə dəfə ittihamı dəyişdiriblər. Əvvəl ittiham belə idi ki, guya hansısa plakat cırıblar, amma nə cırılan plakat üzə çıxdı, nə onu göstərə bildilər, baxmayaraq ki, o plakatların yanında kameralar var idi. Sonra polisə müqaviməti ortalığa atdılar. Yenə də orada kameralar var idi.
Kameralara müraciət edə bilərdilər ki, polisə müqavimət necə olub, onu da etmədilər. Tamamilə qurama bir ittihamdır. Məndən qisas almaq məqsədi ilə quraşdırılmış ittihamdır. Fikir veribsinizsə, sanksiyanın ən yuxarı həddində inzibati cəza kəsiblər, 25 sutka.
Ümumiyyətlə hökumətin mənə və ailəmə qarşı siyasəti cəngəllik qanunları ilə müəyyənləşir.
Ümumiyyətlə hökumətin mənə və ailəmə qarşı siyasəti cəngəllik qanunları ilə müəyyənləşir. Bilirsiniz ki, əvvəllər əmim oğlu siyasi məhbus həyatı yaşadı, hazırda qaynım iki ilə yaxındır heç bir əsassız və məhkəməsiz Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında girov saxlanılır. Özümə qarşı hələ də bağlanmamış cinatəy işləri var, pasport verilmir.
Yeri gəlmişkən, sabah Avropa Birliyinin parlamentində Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı dəyirmi masaya dəvət olunmuşdum, amma təbii ki, pasportum olmadığı üçün bu tədbirə də qatıla bilməyəcəm. Cəbhəçilərə (AXCP üzvləri nəzərdə tutulur-red) də münasibət çox sərtdir. Bu günlərdə Pərviz Həşimliyə mənə qarşı bəyanat vermədiyinə, partiyaya qarşı hazırlanmış bəyanatı imzalamadığına görə qurama ittihamlarla cinayət işi qaldırılıb. Partiyamızın Qəbələ rayon fəallarından biri Tehran bəy qurama işlə 25 sutka həbsə məruz qalıb.
Daha bir neçə partiya funksionerinə ciddi təzyiqlər edilir. Hətta ciddi təzyiqlər edilir ki, onlar partiyadan imtina etməlidirlər, yoxsa onlara qarşı qurama cinayət işləri olacaq.
Yəni, bu rəqabətdən qorxan, azad, ədalətli seçkilərdə məğlub olacağını dəqiq bilən İlham Əliyevin öz rəqiblərindən qisas almasının növbəti raundudur.
Sual: Bir çox ekspert deyir ki, seçki dövründə sizi təsir altında saxlamaq üçün belə hərəkət edilib. Siz necə qiymətləndirirsiniz, vəziyyətdən çıxışı nədə görürsünüz?
Məni hansı təsir altında saxlaya bilirlər ki?
Bilməlidirlər ki, hər hansı addımlar atmalarından asılı olmayaraq gücüm çatan qədər bu mübarizədə olacam. Burada geri çəkilməkdən söhbət gedə bilməz. Ona görə də hesab edirəm ki, əgər o ümidlə edirlərsə, çox səhv edirlər.
Bu prosesin nəticəsində onlar nəyə nail olurlar? Mənə, ailəmə, xüsusilə siyasi təcrübəsi az olan ailə üzvlərimə bir sıxıntı yaşadırlar. Eyni zamanda, özləri bütün dünyada rüsvay olurlar. Azərbaycan xalqının mütərəqqi hissəsinin gözündən tamamailə düşürlər. Amma onsuz da mənim siyasi fəaliyyətimə hər hansı formada təsir göstərə bilmirlər. Nəinki qohumlarımın, mənim özümün də həbs olunmağım siyasi fəaliyyətimdə hər hansı korrektə yarada bilməz.
Sual: Vəziyyətdən çıxışı nədə görüsünüz? Məhkəmələrə müraciət edəcəksinizmi, apellyasiya şikayəti verəcəksinizmi?
Oğlumun tam günahsız olduğuna yüzdə-yüz əminəm.
Sual: İttihamalrı necə qiymətləndirərdiniz? Oğlunuz içkili vəziyyətdə, belə bir ittiham var?
Bəri başdan artıq mənim oğlumu qaralamq üstündə kampaniyaya başlayırlar.