Azərbaycan hakimiyyəti elə vəziyyətdədir ki, 6 dəqiqəlik çıxışa dözümü yoxdur. Bu barədə Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Sentyabrın 19-da İctimai Televiziyanın canlı efirində Həsənlinin ünvanına təhqiramiz ifadələr işlədilib, onun ailə həyatından danışılıb və su dolu butulka atlılb.
Həsənli İctimai Televiziyanın efirində baş verənləri gözlənilən adlandırıb.
“Prezidentliyə namizədlərin bir hissəsi hakimiyyətin pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Strategiya budur ki, real müxalifət hədəfdə olsun, amma seçicilərin real vəziyyətdən xəbəri olmasın”, o qeyd edib.
O,baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib, məhkəməyə isə müraciət edəcək. Həsənli İctimai Televiziyanın onun efiri pozmaqda günahlandıran bəyanatını pisləyib.Həmçinin müstəqil ekspertlər tərəfindən baş verənlərlə bağlı videolentin ekspertizası keçiriləcək.
“İctimai Televiziyanın efirində mən təhqir olunmuşam, efir vaxtım kəsilib. Efir vaxtımda Hafiz Hacıyev göstərilib. Efir vaxtımın qaytarılması uğrunda mübarizəmi davam etdirəcəm”.
O , həmçinin debat formatının düzgün seçilmədiyini və 6 dəqiqəlik efir vaxtından təklikdə istifadə etmək istəyini diqqətə çatdırıb. Bu barədə ATƏT-in seçkiləri müşahidə missiyası ilə də danışdığını deyib.
Həsənli xəbərdarlıq edib ki, onun hədəfi Hafiz Hacıyev və digərləri deyil.
“Mənim ailə həyatımla bağlı danışdılar. Amma mən Hafiz Hacıyevlə deyil, İlham Əliyevlə bağlı danışdım. Bundan sonra da belə olacaq. Heç kimin ailə həyatına müdaxilə etmək fikrində deyiləm. Bir daha bəyan edirəm ki, yenə bu mövzuda danışsalar mənim hədəfim yenə İlham Əliyev olacaq”.
O, Hafiz Hacıyevin namizəd kimi qeydə alınmasının ölkə üçün təhqir olduğunu deyib.
“100 il öncə dünyaya demokratiya dərsi verən Azərbaycanda Hafiz Hacıyevin prezidentliyə namizəd olması təhqirdir”.
REAL Hərəkatının lideri İlqar Məmmədovun qeydə alınmayıb, Hafiz Hacıyevin qeydə alınmasının müəllifləri Prezident Adminstrasiyasında oturub.
“Onların hansı otaqlarda oturduqlarını da bilirik. Prezident Adminisitrasiyasında da Hafiz Hacıyevin namizədliyi ilə bağlı fikir birliyi olmayıb”, o qeyd edib.
Bunlara baxmayaraq, Milli Şuranın prezidentliyə namizədi iqtidarın və onun tərəfdarlarının seçki texnologiyalarının məğlub edildiyini deyib.
“Mən Milli Şuranın namizədindən xalqın namizədinə çevrildim. Biz televiziya vasitəsi ilə bir daha əsas müxalifət olduğmuzu təsdiq etdik”.
Həsənli bəyan edib ki, ölkədə müstəqil televiziya olarsa, cəmi bir ay təbliğat aparılarsa hazırki rejim çökər.
“Bu antimilli, çürümüş rejimdir. Bu rejim xalqın faciəsindən belə qazanc götürür (Kür daşqınları və şimal regionunda zəlzələ qurbanlarına ayrılan vəsaitlə bağlı korrupsiya hallarını xatırladıb)”, prezidentliyə namizəd qeyd edib.
Onun firkincə, hazırki rejim ölkəni Şimali Koreyaya çevirmək istəyir.
“Bu hakimiyyət qarşısında güc görməlidir. Biz onlara bu imkanı verməyəcəyik”.
Həsənlinin fikrincə, Azərbaycan vacib bir mübarizənin təməlini qoyur.
“Bu mübarizə yalnız seçki ilə məhdudlaşmayacaq. Mübarizə qələbəyə doğru gedir. Əgər mənim həyatım ölkənin irəli getməsi üçün lazımdırsa, ona da hazıram. Bu hakimiyyət ölkəni əraziyə çevirib”, Milli Şuranın namizədi təhlükəsizliyinin təminatında da şübhələrin oduğuna işarə edib.
Cəmil Həsənli Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun onun əlilliyi ilə bağlı irəli sürdülü mülahizəyə cavab verib.
O, 3-cü qrup əlilliyi olduğnu təsdiq edib. Bu əlillik qrupuna işləmək icazəsi verilir.
“Hələ 1987-ci ildə Moskvada Svyatoslav Fyodorovun Göz İnstitutuda Fyodorovun özü sol gözümə süni büllur təbəqə yerləşdirib. 10 ildən sonra həmin təbəqə yenisi ilə əvəz olunmalı idi. Bu illərdə məndə şəkər ehtimalı yarandı və əməliyyat baş tutmadı. Sonra Zərifə Əliyeva adına Oftolmologiya Mərkəızində müalicə aldım və əlillik dərəcəsi verdilər. Sağ gözümün görmə qabiliyyəti çox yaxşıdır, sol gözümdə müəyyən problem var. Həkim ekspert komissiyası əmək qabiliyyətli olmağımı təsdiq edib”.
O, həmçinin Mərkəzi Seçki Komissiyasının sənədlərini yoxladığını və əmək qabiliyyətli olduğu üçün namizədliyimi təsdiq etdiyini bildirib.
“Bu mənim sənədlərimdir. Televizyanın efirində də bu sənədləri təqdim etdim. İndi Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ailəsinin Dubay mülkləri, ölkədən çıxarılan böyük miqdarda pullar, ofşor şirkətləri barədə sənədləri təqdim etməldir”, Həsənli qeyd edib.
Həsənli iqtidarda olan Yeni Azərbaycan Partiyasını antimilli partiya adlandırıb. Onun fikrincə, YAP ölkəni bir partiyalı sistemə sürükləyir.
“Bu partiyanın cəmiyyətdə yeri yoxdur. Hazırkı iqtidar hakimiyyətdən gedən kimi YAP dağılacaq”.
Həsənli hesab edir ki, hazırda mübarizə müxalifətlə iqtidar arasında deyil, antimilli qüvvələrlə milli qüvvələr arasında gedir.
“Bu rejim insanları doğulmamışdan öncədən öləndən sonrayadək rüşvətə vadar edir. Doğulmamışdan öncə rüşvət verən insan öləndən sonra qəbir yeri üçün də bu iqtidara rüşvət verməlidir.
"Günü qara olan ölkədə ziyalıların ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur”, namizəd iqtidarın siyasətinə etiraz edib.
Namizədin sözlərinə görə, xarici dövlətlərin Azərbaycana gətirdiyi yeni texnologiyalardan və mütəxəsisslərdən müxalifətin izlənməsi üçün istifadə olunur.
Onun sözlərinə görə, Prezident Administrasiyasında müxtəlif otaqlarda oturan mütəxəssislər xaricdən gətirilmiş texnologiyalar vasitəsi ilə siyası fəalların və gənclərin sosial şəbəkələrdəki profillərini, email-lərini izləyir.
“Gənclərin yazdıqları mesajlara görə onların özləri və ailə üzvləri cəzalandırılır. Prezident Administrasiyasının tapşırığı ilə siyasi fəalların valideynləri, ailə üzvləri vəzifəsindən azad edilir, biznes qurumları əlindən alınır və ya həbs edilir”, o qeyd edib.
Həsənli həmçinin mütəxəssislərin Prezident Administrasiyasında oturduqları otaqların nömrələrini belə açıqlayacağına söz verib.
“Vaxtı gələndə sosial şəbəkələri izləyən mütəxəssislərin otaqalrının nömrələrini və xarici mütəxəssilərin hansı təyyarə reysləri ilə Azərbaycana gətirildiyini açıqlayacam”, o bildirib.
Milli Şuranın namizədi siyasi məhbus problemini həll edəcəyini bildirib. Onun fikrincə, Azərbaycan qocaldıqca siyasi məhbuslar cavanlaşır.
“Hazırda 70-dən çox siyasi məhbus var. İlqar Məmmədov, NİDA-çılar, jurnalistlər, blogerlər əqidəsinə görə həbs edilib. Son illər inanclı insanların həbsi kütləvi hal alıb”, o qeyd edib.
Cəmil Həsənlinin seçki platforması, təşviqat materialları və http://camilhasanli.com/ saytının ictimaiyyət və media üçün təqdimatı da olub.
Təbliğat materiallarına plakatlar, bukletlər, yaddaş və seçki platforası daxildir.
Həsənlinin əsas təşviqat şüarları belədir: Dəyişikliklər üçün!, Bəsdir! (rüşvətə , korrupsiyaya, hüquqların pozulmasına, avtoritar idarəetməyə və s. Bəsdir!), Ədalətli cəmiyyət!
O seçki platformasınıən çox aydın olduğnu deyib.
“Platformada seçki siyasəti, siyasi, sosial, iqtisaqdi, İdarəetmə sahəsində islahatlar proqramI əksini tapıb.
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox aydın strategiyamız var. İndiki iqtidarın apardığı siyasət nəticəsində Dağlıq Qarabağ problemi ictimai şüurda 1-ci yerdən 10-cu yerə keçib. 20 ildə 20 metr torpaq aza edə bilməyən iqtidarIN hakimiyyətdə qalmağa haqqı yoxdur”, o qeyd edib.
Həsənli seçiciləri sentyabrın 22-də kemirəcəyi mitinqdə iştirak etməyə çağırıb.
Mitinq avqustun 22-də saat 16-dan 18-dək Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda ("Məhsul" stadionu, İnşaatçılar metrosunun yaxınlığında) narazı eletkoratın kütləvi mitinqi olacaq.
Facebook səhifəsində yerləşdirilmiş məlumatda deyilir ki, 22 sentyabr “Bəsdir!” mitinqi təkcə müxalifətin vahid namizədi Cəmil Həsənlini müdafiə üçün deyil. “22 sentyabr zülmə, yalana, talana “bəsdir!” demək günüdür.
Həsənli həmçinin mitinqlərin regionlarda davam etdiriləcəyini də bildirib.
Mətbuat konfransında iştirak edən tanınmış vəkil Aslan İsmayılov seçiciləri Cəmil Həsənlini dəstəkləməyə çağırıb.
“Mən bu qərara dünən İctimai Televiziyanın canlı efirində Həsənliyə qarşı baş verən qanunsuzluqlardan sonra gəldim. Bütün seçiciləri Cəmil Həsənliyi dəstəkləməyə çağırıram”, deyə o qeyd edib.
Sentyabrın 19-da İctimai Televiziyanın canlı efirində Həsənlinin ünvanına təhqiramiz ifadələr işlədilib, onun ailə həyatından danışılıb və su dolu butulka atlılb.
Prezidnetliyə namizədlərin bir hissəsi hakimiyyətin pozuculuq fəaliyyətinin tərkib hissəsidir.
“Prezidentliyə namizədlərin bir hissəsi hakimiyyətin pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Strategiya budur ki, real müxalifət hədəfdə olsun, amma seçicilərin real vəziyyətdən xəbəri olmasın”, o qeyd edib.
O,baş verənlərlə bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib, məhkəməyə isə müraciət edəcək. Həsənli İctimai Televiziyanın onun efiri pozmaqda günahlandıran bəyanatını pisləyib.Həmçinin müstəqil ekspertlər tərəfindən baş verənlərlə bağlı videolentin ekspertizası keçiriləcək.
“İctimai Televiziyanın efirində mən təhqir olunmuşam, efir vaxtım kəsilib. Efir vaxtımda Hafiz Hacıyev göstərilib. Efir vaxtımın qaytarılması uğrunda mübarizəmi davam etdirəcəm”.
O , həmçinin debat formatının düzgün seçilmədiyini və 6 dəqiqəlik efir vaxtından təklikdə istifadə etmək istəyini diqqətə çatdırıb. Bu barədə ATƏT-in seçkiləri müşahidə missiyası ilə də danışdığını deyib.
Bir daha bəyan edirəm ki, yenə bu mövzuda danışsalar mənim hədəfim yenə İlham Əliyev olacaq.
“Mənim ailə həyatımla bağlı danışdılar. Amma mən Hafiz Hacıyevlə deyil, İlham Əliyevlə bağlı danışdım. Bundan sonra da belə olacaq. Heç kimin ailə həyatına müdaxilə etmək fikrində deyiləm. Bir daha bəyan edirəm ki, yenə bu mövzuda danışsalar mənim hədəfim yenə İlham Əliyev olacaq”.
O, Hafiz Hacıyevin namizəd kimi qeydə alınmasının ölkə üçün təhqir olduğunu deyib.
“100 il öncə dünyaya demokratiya dərsi verən Azərbaycanda Hafiz Hacıyevin prezidentliyə namizəd olması təhqirdir”.
REAL Hərəkatının lideri İlqar Məmmədovun qeydə alınmayıb, Hafiz Hacıyevin qeydə alınmasının müəllifləri Prezident Adminstrasiyasında oturub.
“Onların hansı otaqlarda oturduqlarını da bilirik. Prezident Adminisitrasiyasında da Hafiz Hacıyevin namizədliyi ilə bağlı fikir birliyi olmayıb”, o qeyd edib.
Prezident Administrasiyasında da Hafiz Hacıyevin namizədliyi ilə bağlı fikir birliyi olmayıb
“Mən Milli Şuranın namizədindən xalqın namizədinə çevrildim. Biz televiziya vasitəsi ilə bir daha əsas müxalifət olduğmuzu təsdiq etdik”.
Həsənli bəyan edib ki, ölkədə müstəqil televiziya olarsa, cəmi bir ay təbliğat aparılarsa hazırki rejim çökər.
“Bu antimilli, çürümüş rejimdir. Bu rejim xalqın faciəsindən belə qazanc götürür (Kür daşqınları və şimal regionunda zəlzələ qurbanlarına ayrılan vəsaitlə bağlı korrupsiya hallarını xatırladıb)”, prezidentliyə namizəd qeyd edib.
Onun firkincə, hazırki rejim ölkəni Şimali Koreyaya çevirmək istəyir.
Bu rejim xalqın faciəsindən belə qazanc götürür .
Həsənlinin fikrincə, Azərbaycan vacib bir mübarizənin təməlini qoyur.
“Bu mübarizə yalnız seçki ilə məhdudlaşmayacaq. Mübarizə qələbəyə doğru gedir. Əgər mənim həyatım ölkənin irəli getməsi üçün lazımdırsa, ona da hazıram. Bu hakimiyyət ölkəni əraziyə çevirib”, Milli Şuranın namizədi təhlükəsizliyinin təminatında da şübhələrin oduğuna işarə edib.
Cəmil Həsənli Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun onun əlilliyi ilə bağlı irəli sürdülü mülahizəyə cavab verib.
O, 3-cü qrup əlilliyi olduğnu təsdiq edib. Bu əlillik qrupuna işləmək icazəsi verilir.
Həkim ekspert komissiyası əmək qabiliyyətli olmağımı təsdiq edib.
O, həmçinin Mərkəzi Seçki Komissiyasının sənədlərini yoxladığını və əmək qabiliyyətli olduğu üçün namizədliyimi təsdiq etdiyini bildirib.
“Bu mənim sənədlərimdir. Televizyanın efirində də bu sənədləri təqdim etdim. İndi Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ailəsinin Dubay mülkləri, ölkədən çıxarılan böyük miqdarda pullar, ofşor şirkətləri barədə sənədləri təqdim etməldir”, Həsənli qeyd edib.
İndi Yeni Azərbaycan Partiyası namizədi İlham Əliyevin ailəsinin Dubay mülkləri, ölkədən çıxarılan böyük miqdarda pullar, ofşor şirkətləri barədə sənədləri təqdim etməldir.
“Bu partiyanın cəmiyyətdə yeri yoxdur. Hazırkı iqtidar hakimiyyətdən gedən kimi YAP dağılacaq”.
Həsənli hesab edir ki, hazırda mübarizə müxalifətlə iqtidar arasında deyil, antimilli qüvvələrlə milli qüvvələr arasında gedir.
“Bu rejim insanları doğulmamışdan öncədən öləndən sonrayadək rüşvətə vadar edir. Doğulmamışdan öncə rüşvət verən insan öləndən sonra qəbir yeri üçün də bu iqtidara rüşvət verməlidir.
"Günü qara olan ölkədə ziyalıların ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur”, namizəd iqtidarın siyasətinə etiraz edib.
Günü qara olan ölkədə ziyalıların ağ kəfəndə dəfn olunmağa haqqı yoxdur.
Onun sözlərinə görə, Prezident Administrasiyasında müxtəlif otaqlarda oturan mütəxəssislər xaricdən gətirilmiş texnologiyalar vasitəsi ilə siyası fəalların və gənclərin sosial şəbəkələrdəki profillərini, email-lərini izləyir.
“Gənclərin yazdıqları mesajlara görə onların özləri və ailə üzvləri cəzalandırılır. Prezident Administrasiyasının tapşırığı ilə siyasi fəalların valideynləri, ailə üzvləri vəzifəsindən azad edilir, biznes qurumları əlindən alınır və ya həbs edilir”, o qeyd edib.
Həsənli həmçinin mütəxəssislərin Prezident Administrasiyasında oturduqları otaqların nömrələrini belə açıqlayacağına söz verib.
Prezident Administrasiyasında müxtəlif otaqlarda oturan mütəxəssislər xaricdən gətirilmiş texnologiyalar vasitəsi ilə siyası fəalların və gənclərin sosial şəbəkələrdəki profillərini, email-lərini izləyir.
Milli Şuranın namizədi siyasi məhbus problemini həll edəcəyini bildirib. Onun fikrincə, Azərbaycan qocaldıqca siyasi məhbuslar cavanlaşır.
“Hazırda 70-dən çox siyasi məhbus var. İlqar Məmmədov, NİDA-çılar, jurnalistlər, blogerlər əqidəsinə görə həbs edilib. Son illər inanclı insanların həbsi kütləvi hal alıb”, o qeyd edib.
Cəmil Həsənlinin seçki platforması, təşviqat materialları və http://camilhasanli.com/ saytının ictimaiyyət və media üçün təqdimatı da olub.
Təbliğat materiallarına plakatlar, bukletlər, yaddaş və seçki platforası daxildir.
Həsənlinin əsas təşviqat şüarları belədir: Dəyişikliklər üçün!, Bəsdir! (rüşvətə , korrupsiyaya, hüquqların pozulmasına, avtoritar idarəetməyə və s. Bəsdir!), Ədalətli cəmiyyət!
O seçki platformasınıən çox aydın olduğnu deyib.
“Platformada seçki siyasəti, siyasi, sosial, iqtisaqdi, İdarəetmə sahəsində islahatlar proqramI əksini tapıb.
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı çox aydın strategiyamız var.