Accessibility links

Şahin Hacıyev: 2014-cü ildə əsas problem - narazı insanlar birləşəcəkmi? [Video-müsahibə]


Şahin Hacıyev: 2013-cü ilidə narazılıqlar avtoritar rejimin əleyhinə yönəldilməyib
please wait

No media source currently available

0:00 0:06:37 0:00

Şahin Hacıyev: 2013-cü ilidə narazılıqlar avtoritar rejimin əleyhinə yönəldilməyib

Turan Agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyevin Amerikanın Səsinə müsahibəsi

Turan agentliyinin siyasi redaksiyasının redaktoru Şahin Hacıyev Amerikanın Səsinə müsahibəsində 2013-cü ilin əsas siyasi yekunlarından danışıb.

Onun fikrincə, 2013-cü ildə iqtidar tərəfindən yeridilmiş “qayda-qanun” cəmiyyətdə əsas rol oynayıb.

Amma, narazılıqlar mütəşəkkil formada mövcud idarəetmə üsulunun əleyhinə yönəldilməyib.
“Faktiki olaraq avtoritar, antidemokratik idarəetmə üsulu fəaliyyətdə olub. Baxmayaraq ki, cəmiyyətin əksəriyyəti bu idarəetmədən narazıdır. Amma, narazılıqlar mütəşəkkil formada mövcud idarəetmə üsulunun əleyhinə yönəldilməyib. Doğrudur idarəetmənin əleyhinə yönəlmiş narazılıqlar da baş verib. İsmayıllıda, Binə Ticarət Mərkəzində. Bakıda gənclərin etiraz aksiyalarını misal kimi göstərmək olar. Bu narazılıqlar isə siyasi qüvvələrin birləşməsi və yaxud hansısa mütəşəkkil bir hərəkat kimi prezident seçkiləri zamanı özünü təsdiq edə bilmədi”.

Ekspertin fikrincə, narazı insanların birləşə bilməməsinin müxtəlif səbəbləri var.

“Narazılar cəmiyyət və hökumət qarşısında öz tələblərini irəli sürməsi istiqamətində o qədər də fəal hərəkət etmir”.

Bu siyasi opponentlərin sıxışdırılması, sıradan çıxarılması, həbsindən ibarətdir.
Hacıyev hesab edir ki, 2013-cü ildə əsas insan hüquq və azadlıqları sahəsində müsbətə doğru dəyişiklik baş verməyib.

“İqtidarın indiyədək yeritdiyi siyasəti və üsulları davam etdirib. Bu siyasi opponentlərin sıxışdırılması, sıradan çıxarılması, həbsindən ibarətdir. İlqar Məmmədov, Tofiq Yaqublu, Anar Məmmədlinin adlarını çəkmək kifayətdir. Yəni iqtidar prinsipial mövqeyindən əl çəkməyib. Bu da ondan ibarətdir ki, iqtidarı ciddi tənqid edən, onun üçün təhlükə törədə bilən qüvvələr aradan qaldırılır”.

Onun fikrincə, iqtidarın siyasəti ümumi demokratik mühitin geriləməsinə səbəb olur.

Təəssüf ki, bütün bunlar Azərbaycan hökumətinin qərb tərəfindən bilavasitə açıq və gizli dəstəklənməsi fonunda, böyük neft-qaz kontraktları, Azərbaycanın Rusiya və İranın təsir dairəsinə düşməməsi fonunda baş verir
“Mətbuat, söz, fikir azadlığı sahəsində vəziyyət bir qədər də ağırlaşıb. Təəssüf ki, bütün bunlar Azərbaycan hökumətinin qərb tərəfindən bilavasitə açıq və gizli dəstəklənməsi fonunda, böyük neft-qaz kontraktları, Azərbaycanın Rusiya və İranın təsir dairəsinə düşməməsi fonunda baş verir”.

Ekspert hesab edir ki, ilin əsas problemlərindən biri də narazılıqların sırf yerli və lokal xarakterli olub-olmamasıdır.

“İndiyədək baş verənlər sırf yerli xarakter daşıyıb. Narazılıqlar ümummilli və ölkə səviyyəsində baş vermir. Narazılıq deyəndə, bu insanlar üçün sırf fərdi xarakter daşıyır. Yəni mənim problemim, mənim ailəm, mənim evim. Narazılıq deyəndə, hansısa tələb birləşmək, ümumi mənafedən çıxış etmək səviyyəsinə qaldırılmır və ya ümummilli mövqe uzun müddət ortada qala bilmir”.

2014-cü ildə vəziyyətin dəyişib-dəyişməməsi narazı insanların birləşib-birləşməməsi faktorundan asılı olacaq.
Şahin Hacıyevin firkincə, 2014-cü ildə vəziyyətin dəyişib-dəyişməməsi narazı insanların birləşib-birləşməməsi faktorundan asılı olacaq.

“Cəmiyyət üzvləri, narazılıq bildirənlər birləşib ümummilli, ümumölkə səviyyəsində öz haqlarını tələb edəcəklər, ya yox. Mənimcə 2014-cü ilin əsas problemi bundan asılı olacaq”, o qeyd edib.
XS
SM
MD
LG