Accessibility links

Azadlıq piket keçirib [Video]


Azadlıq piket keçirib
please wait

No media source currently available

0:00 0:03:42 0:00

Azadlıq piket keçirib

“Qasid” firması qəzetə 70 min manat borcunu ödəmir

“Azadlıq” qəzetinin kollektivi "Qasid” Dövlət Mətbuat Yayımı Firmasının qarşısında “Pulumuzu verin!”, “Azadlığı boğanlara ar olsun!” şüarları ilə piket keçirib.

“Qasid” Dövlət Mətbuat Yayımı Firması “Azadlıq” qəzetinə olan 70 min manat məbləğində borcunu ödəməyib.

“Qasid”in direktoru Mirkazım Kazımov piketçilərə bildirib ki, məhkəmə qərarlarının yerinə yetirilməsi ilə bağlı firmaya məhkəmə orqanı məktub göndərən andan hissə-hissə borclar ödəniləcək. Onun sözlərinə görə, firmaya məhkəmədən belə məktub daxil olmayıb.

Azadlıq qəzeti piket keçirib
Azadlıq qəzeti piket keçirib
“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyib ki, qəzet məhkəmə qərarlarında göstərilən borclarını tam ödəyib və qəzetin bank hesabı açılıb. Digər yayım firmaları qəzetin hesabına pul ödəyirlər.

Tərəflər iki gün müddətində məhkəmə ilə əlaqə saxlayıb anlaşılmazlığın aradan qaldırılması barədə razılığa gəlib.

2002-ci ildə “Azadlıq” qəzetində "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova və Bakı Metropoliten İdarəsinin rəisi Tağı Əhmədov haqqında çap edilən məqalələrdən məhkəməyə "işgüzar nüfüz və şərəf-ləyaqətin pozulması" şikayətləri edilib. Məhkəmə qəzetdən onlara birgə 65 min manatdan çox cərimə ödənilməsi barədə qərar qəbul edib. 2013-cü ilin oktyabrın 24-də Azadlıq qəzetinin bank hesabına həbs qoyulub. Azadlıq qəzeti məhkəmə qərarlarını yerinə yetirib və bank hesabı açılıb.

“Azadlıq” qəzeti 1989-cu il dekabrın 24-dən çap edilir. Nəşr ölkənin yeni dövrdə ilk müstəqil media orqanıdır. Qəzet çap olunan dövrdə daim tənqidçi mövqeyi ilə fərqlənib.
XS
SM
MD
LG