Accessibility links

MHİ ”Azadlıq” qəzetinə qarşı qanunsuz addımları söz azadlığına ciddi müdaxilə hesab edir


Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev
Media Hüququ İnstitutunun layihələr üzrə koordinatoru Xalid Ağəliyev

"Azadlıq"a basqıların arxasında hökumətin sərt tənqidçisini susdurmaq niyyəti durur

Media Hüququ İnstitutu (MHİ) “Azadlıq” qəzetinin üzərinə qoyulmuş cərimə cəzalarının icraya yönəldilməsindən narahatdır.

Media Hüquqları İnstitutundan Amerikanın Səsinə daxil olan bəyanatda deyilib ki,“Azadlıq” qəzeti çox ağır maliyyə durumu ilə üz-üzədir. Hökuməti sərt tənqid edən qəzet artıq aylardır ki, yayım firmalarından qəzet satışına görə toplanan vəsaitləri ala bilmir.

Bəyanatda vurğulanıb ki, ağır maliyyə durumu yaşayan qəzetə qarşı son 2 həftə ərzində bir neçə məhkəmə qərarı çıxarılıb.

Oktyabr ayının 24-də Yasamal Məhkəməsi Binə Bazarının rəhbəri K. Məmmədova “Azadlıq”a qarşı işi üzrə qərarını icraya yönəldib.

“Azadlıq” həmin iş üzrə K. Məmmədovaya 32 min AZN ödəməlidir.Yasamal Məhkəməsi qəzet redaksiyasını həmin məhkəmə qərarını icra edə bilmədiyinə görə tələsik daha 3 min AZN cərimələyib.

Ertəsi gün Yasamal Məhkəməsi qəzet barəsində daha bir ağır qərar qəbul edərək Bakı Metropoliteninin rəisi Tağı Əhmədov “Azadlıq”a qarşı işi üzrə qərarların dərhal icra edilməsinə qərar verib.

“Azadlıq” 2012-ci ildə T.Əhmədovun iddiası 30 min AZN cərimələnmiş, tərəflər həmin məbləği hissə-hissə ödəməyə razılaşmışdılar.

MHİ vurğulayır ki, ağır cərimə cəzaları ifadə azadlığını tamamilə məhdudlaşdırmasa da demokratik toplumlar üçün yad olan senzuraya bərabərdir.

Mətbuatın üzərinə ağır cərimə sanksiyalarının qoyulması, cərimələrin ödənilməsinin tələb olunması mətbuatın “informasiya daşıyıcısı” və “ictimai mühafizəçi” rolunu yerinə yetirməsinə çox ciddi əngəllər yarada bilər.

Media Hüququ İnstitutu “Azadlıq” qəzetinin üzərinə redaksiyanın ödəmək gücündə olmadığı məbləğdə cərimələr qoyan məhkəmə qərarlarını, qəzetin yayımından gələn vəsaitlərin üzərinə həbs qoyulmasını pisləyir, bunları ölkədə söz azadlığına ciddi müdaxilə hesab edir, bilavasitə ölkədə çoxsəsliliyi təmin edən qəzetin sıradan çıxarılmasına xidmət etdiyini vurğulayır.

Media Hüququ İnstitutu “Azadlıq” qəzetinə qarşı qanunsuz addımları qətiyyətlə pisləyir, hökuməti ifadə azadlığının daha da inkişaf etdirilməsinə xidmət edən təsirli addımlar atmağa çağırır.

Öz növbəsində, Azərbaycan hökuməti bir qayda olaraq ölkədə mətbuat azadlığının təmin edildiyini, media və jurnalistlərin qorxusuz şəraitdə fəaliyyət göstərdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG