Accessibility links

Today’s Zaman qəzetinin azərbaycanlı müxbiri Türkiyədən çıxarılıb [Aeroportdan foto]


Mahir Zeynalov
Mahir Zeynalov

Müxbir baş nazir Ərdoğanı tənqid etdiyinə görə deportasiya edilib

“Today’s Zaman” qəzetinin müxbiri və bloger Mahir Zeynalov Türkiyə hökuməti tərəfindən deportasiya edilib.

Türkiyənin “Zaman” qəzetinin məlumatına görə, Azərbaycan vətəndaşı Mahir Zeynalovun deportasiya edilməsinə səbəb müxbirin Türkiyə hökuməti əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı yazılar yazmasıdır.

Qəzetin yazdığına görə, müxbirin (@mahirzeynalov) twitter səhifəsində “türk prokurorları polisə Əl-Qaidə təşkilatına mənsub şəxsləri saxlamaq əmri verdi, Ərdoğanın təyin etdiyi polis rəisləri isə əmri yerinə yetirmədi” adlı yazısı olub.

Computer HopeR.T.Ərdoğan şikayətində M.Zeynalovun “Twitter”də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib. Bunun əsasında Türkiyə Daxili İşlər Nazirliyi “Əcnəbilərin Türkiyədə yaşaması və səyahət etməsi haqqında” qanunda yer alan “məmləkətdə qalması ümumi təhlükəsizliyə zidd sayılan əcnəbilər Daxili İşlər Nazirliyi tərəfindən müəyyən müddət ölkədən çıxmağa dəvət olunur. Bu müddətin sonunda “Türkiyəni tərk etməyənlər deportasiya edilir” maddəsinə uyğun olaraq M.Zeynalovu ölkədən çıxarıb.
Məlumata görə Türkiyədə son 4 ildə yaşayan Zeynalovun 2014-cü il martın 10-dək ölkədə yaşamaq və işləmək hüququ var. Bununla belə o 15 ay əvvəl Türkiyə vətəndaşı ilə evləndiyinə görə ölkədə qalmaq hüququna malikdir.

Öz növbəsində Zeynalov ifadəsində yazdığı twittlerin mediada yayılan xəbərlər olduğunu deyib.

Bununla belə jurnalist-yazar Yavuz Baydar Mahir Zeynalovun deportasiya edilməsinə münasibət bildirib.“Bu qərar Türkiyədə azad mediaya vurulan zərbənin getdikcə artdığına sübutdur”, o qeyd edib.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç "Today`s Zaman" qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun Türkiyədən deportasiya edilməsini ölkədə mətbuat azadlığı sahəsində atılmış növbəti yanlış addım adlandırıb.
XS
SM
MD
LG