Accessibility links

Qulamrza Təbrizi: Güney Azərbaycan düşmənin torunu cıracaq [Video-Müsahibə]


Qulamrza Təbrizi: Güney Azərbaycan düşmənin torunu cıracaq
please wait

No media source currently available

0:00 0:11:34 0:00

Qulamrza Təbrizi: Güney Azərbaycan düşmənin torunu cıracaq

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, Edinburq Universitetinin doktoru Qulamrza Səbri Təbrizinin Amerikanın Səsinə müsahibəsi

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, Edenburq Universitetinin doktoru Qulamrza Səbri Təbrizi Amerikanın Səsinə müsahibəsində İranda Güney Azərbaycan Milli Oyanış Hərəkatının həbsdə olan liderlərinin aclıq aksiyası, Həsən Ruhani prezidentliyə başlayan kimi azərbaycanlı fəalların həbsi, onların həbs müddətinin uzadılması, Ruhaninin verdiyi vədə əməl etməməsindən danışıb.

O Həsən Ruhaninin Qlazqo Universitetinin doktoru olması ilə bağlı dediklərinin düzgün olmadığını bildirib.

Qulamrza Təbrizi bir neçə gün öncə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Bakıda yerləşən ofisinin alınmasından da narahatdır.


Sual: Güney Azərbaycan Milli Oyanış Hərəkatının liderlərini həbs ediblər və onlar artıq 13-cü gündür ki, həbsxanada aclıq edirlər. Münasibətiniz necədir?

Bu insanların tutulmasından və onların durumundan çox narahatam.
Cavab: Təbii ki, çox narahatam. Bunlar sadə adamlar deyillər, ziyalıdırlar, bir qrupunun doktorluq dərəcəsi var, yazıçıdırlar. Güney Azərbaycanın bütöv tarixini bilirlər. Bu insanların tutulmasından və onların durumundan çox narahatam.

Sual: Onlar artıq 13-cü gündür aclıq edirlər. Aclığı dayandırmaları ilə bağlı müraciətiniz varmı? İnsanlar 13 gündür öz ideyaları uğrunda aclıq edir, həbsə etiraz edir.

Cavab: Ağayi Ruhani vədlər vermişdi, - məhbusların azadlığı, dilimiz, mədəniyyətimiz, universitetlər. Bunlara əməl etsə
Ruhani bəyanatlarında siyasətin yumşaldılacağını desə də, əksinə siyasət daha da sərtləşdirilib.
vəziyyət yaxşı olar. İnsanların hirsləri azalar.

Ruhani bəyanatlarında siyasətin yumşaldılacağını desə də, əksinə siyasət daha da sərtləşdirilib. Bizim milli fəallarımıza, milli qəhrəmanlarımıza qarşı təzyiqlər artıb. Hətta əvvəllər verilmiş həbs müddətlərini daha da artırıblar, 5 ili 6 il, 6 ili 12 il həbslə əvəzləyiblər.

Təəssüf ki, bir adam islahat adı ilə hakimiyyətə gəlib, amma indi görünməmiş sərt siyasət yürüdür. Mən istəmirəm müqayisə edim, hamısı eynidir. Hətta, Mahmud Əhmədinejad
Bizim milli fəallarımıza, milli qəhrəmanlarımıza qarşı təzyiqlər artıb.
hakimiyyətə başlayanda belə etməmişdi.

Sual: Həsən Ruhani Təbrizdə azərbaycanlılar qarşısında söz verdi ki, onların dili, məktəbləri ilə bağlı, konstitusiyanın 15-ci maddəsi ilə bağlı problemləri həll edəcək. Lakin, o hakimiyyətə gəldikdən sonra ilk olaraq Təbrizdə, Tehranda həbsxanalarda azərbaycanlılar aclığa başladı. Onlar öz həbslərinə etiraz edirlər. Necə qiymətləndirirsiniz?

Cavab: Bu cür qiymətləndirirəm ki, bunlara inanmırlar. Bu sistem bizə böyük zərər gətirib: söz deyirlər əməl etmirlər. Sözə əməl etməmək boşluq yaradıb. Həm cavanlar, həm qocalar, həm də millətin hamısı bu rejimə inanmır.

Dindardırlar dinə əməl etsinlər. Dində yalan danışan allahın düşmənidir. Bu həm də insan hüquqlarına qarşıdır. Sözü ki, deyibdilər, gərək əmə edələr.

Dindardırlar dinə əməl etsinlər. Dində yalan danışan allahın düşmənidir.
Fikirləşmirəm ki, bundan sonra dediklərinə əməl edəcəklər. Çünki sonradan yalan danışdı. Dedi ki, biz hər şeyi İran adına etməliyik, dilimiz, mədəniyyətimiz farsdır. Yəni, dediyini dandı. Ona görə də mən təəssüf və təəccüb edirəm ki, bu adam insanların ruhunu qaldırdı və ayətullah Xomeneyi də bunda rol oynadı. Vəd verib hakimiyyətə gələsən, sonra onları etməyəsən, - bu çox pisdir.

Sual: Sizin fikrinizcə Həsən Ruhaninin siyasətində Azərbaycan hansı yerdə duracaq? İslahatçıların dövründə Azərbaycan Respublikası ilə münasibətlər o qədər də yaxşı olmayıb. Bundan öncə onların hakimiyyəti dövründə İran hərbi təyyarələri Azərbaycan Respublikasının sərhədlərini pozub.
Ruhaniyə də ümidim yoxdur.
Eyni zamanda, həm islahatçıların, həm də sərt xətt tərəfdarlarının dövründə İranda yaşayan azərbaycanlılara qarşı münasibət dəyişməyib. Məsələn, 2006-cı ildə azərbaycanlılar etiraz aksiyaları keçirib, yüzlərlə insan həbs edilib.

Cavab: Ruhaniyə də ümidim yoxdur. Bu son 30 ildə rejim nəinki azərbaycanlıların haqqını verib, hətta təhqir də edib. Hesab edirəm ki, Həsən Ruhani də bu münasibəti dəyişə bilməyəcək.

Sual: Tehranda aclıq edənlərə sözünüz?

Kaş mən də sizin yanınızda olaydım.
Cavab: Biz sizinləyik. Siz gələcəyimizin varlığısınız, gələcəyimizin ümidisiniz. Kaş mən də sizin yanınızda olaydım.

Sual: İran hökumətinə çağırışlarınız nədir?

Cavab: İran hökumətinə deyirəm bəsdir, bəsdir bu zülmlər. Bir zaman gələcək peşman olacaqsınız. Çünki bizim millətimiz
Azərbaycan ayağa qalxsa siz dayana bilməyəcəksiniz.
gec qızar, gec də soyuyar. Əgər, Azərbaycan ayağa qalxsa siz dayana bilməyəcəksiniz. Bunu mən sizə söz verirəm.

Sual: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Cavab: Millət bir yolla azadlığını tapa bilər. Bu milli azadlıq cəbhəsi və ya milli azadlıq mübarizəsidir. Bu mübarizədə bir
Bizim nicatımız birlikdədir.
olsunlar, bir yerə toplaşsınlar və ayağa dursunlar. Bizim nicatımız birlikdədir.

Sual: Son dövrlər Amerikanın siyasətində, İranda yaşayan azərbaycanlılara münasibət bir qədər dəyişib. Orada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı Amerika konqresmenləri daim bəyanatlarla çıxış edir, hökumətə təkliflər verilər. Münasibətiniz necədir, daha hansı işlər görülməlidir?

Cavab: Bundan çox razıyam. Mən hər hansı tərəfdə deyiləm, daim insan hüquqlarının tərəfində olmuşam. 30 il Edenburq
Obamanın bu ciddi addımlarını, xüsusilə Güney Azərbaycan barədə atılan addımları dəstəkləyirəm.
Universitetində siyasi dərs demişəm. Həmişə insan hüquqlarının tərəfindəyəm. Amerikanın bu demokratik hərəkatı, prezident Obamanın bu ciddi addımları, xüsusilə Güney Azərbaycan barədə atılan addımları dəstəkləyirəm. Mən konqresmenlərə təşəkkür məktubu da göndərmişəm.

Ayrı yolumuz yoxdur. Biz özümüz hərəkət edəcəyik və düşmənin torunu cıracağıq. Bu işdə onlardan da kömək istəyirik və köməyə ehtiyacımız var.

Sual: Azərbaycan Respublikasının münasibətini necə qiymətləndirərdiniz?

Bizim zindana salınmamız, işgəncəyə məruz qalmağımız Azərbaycan üçün rahat olmaz.
Cavab: Azərbaycan Respublikasının bizə həmişə qardaş rəftarı olub. Əməldə görək necə olacaq? Fikir edirəm ki, bizim zindana salınmamız, işgəncəyə məruz qalmağımız Azərbaycan üçün rahat olmaz. Bütün Azərbaycan bunu görüb narazı olur.

Sual: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi İranda yaşayan azərbaycanlıların vəziyyətdən çıxışını nədə görür? Onlar mübarizənin hansı üsul və metodlarını seçir?

Zindandakılar azad edilsin, insanlara xoş olsun.
Cavab: Xalq orada iş istəyir, çörək istəyir, ev istəyir. Biz istəyirik ki, azadlıq olsun, təhsil olsun, insan sözünü deyə bilsin. İnsanlar illərdir balalarını zindanlarda görür. Zindandakılar azad edilsin, insanlara xoş olsun.

Azərbaycan çox xoşbəxt ölkə ola bilər. Bu ölkənin hər şeyi var, qızılı, misi, nefti, qazı, hər şeyi var. Amma, bizə zülm edirlər. Bütün təbii sərvətləri aparıblar, millətə heç nə verməyiblər.

Sual: Bir məsləyə də aydınlıq gətirməyinizi istəyirəm. Siz Edenburq Universitetinin doktorusunuz. Edenburq, Qlazqo Universitetlərində doktorluq dissertasiyalarına rəy verən insanlardan birisiniz. Həsən Ruhani Qlazqo Universitetində təhsil aldığını və bu universitetin doktoru olduğunu bildirib. Siz onun elmi işinə rəy veribsinizmi?

Cavab: Mən nə onu, nə də onun elmi işini görməmişəm və rəy də verməmişəm. Əgər belə bir doktorluq olsa idi, azı mən bunu eşidərdim. Bəlkə ayrı vaxt, ayrı universitet olub. Mən bilmirəm. Amma o universitetlərdə ki, mən olmuşam, o da deyir ki, orada olub, düz demir.

Həsən Ruhani Qlazqo Universitetinin doktoru ola bilməz və olmayıb.
Sual: Yəni o Qlazqo Universitetinin doktoru ola bilməzdi?

Cavab: Ola bilməz və olmayıb.

Sual: Olsa idi siz bilərdiniz?

Cavab: Bəli. Olsa idi mən bilərdim. Çünki mənim bu universitetlə rabitəm olub. Mən 30 il Edenburq Universitetində Şərqşünaslıq bölməsinin, ingilis ədəbiyyatı bölməsinin başçısı olmuşam. Vilyam Bleyki yazmışam, bu əsər dünyada ad çıxarıb. Onu yalnız mən tədqiq etmişəm. Həqiqətən mən məşhur adamam.

Sual: Təbii ki, Qlazqo Universitetində oxuyan bir şəxs liberal dəyərlərə sadiq olmalı idi. Həsən Ruhaninin siyasətini necə qiymətləndirərdiniz?

Bu adam gəlib zindanda neçə minlərlə insan olduğunu görüb sakit dayanır, buna inana bilmirəm.
Cavab: Qlazqo və ya Edenburq Universitetindən doktorluq alan şəxs liberal bir insan olar, insan hüquqlarına hörmət edər. Bu adam gəlib zindanda neçə minlərlə insan olduğunu görüb sakit dayanır, buna inana bilmirəm. Onun oxuduqlarına, etiqadına və fikirlərinə inanmıram.

Sual: Sizin Edenburq Universitetinin doktoru kimi (hər halda Həsən Ruhani də deyib ki, Qlazqo Universitetinin doktorudur) hökumət başçısı olan doktora çağırışlarınız nədən ibarətdir? Həsən Ruhaninin İranda nəyi həyata keçirməsini istəyərdiniz?

Cavab: Mən ona deyərdim ki, hər kəs öz dilində məktəbə getsin, öz dilində universiteti olsun, işləri olsun, iş yerləri
Ruhani bir il belə Qlazqo da qalsa çox şey edə bilər.
açsın. Ruhani bir il belə Qlazqo da qalsa çox şey edə bilər. Onların sistemini bilər.

Amma, bir ildə doktorluq almaq olmaz. Doktorluğu 5-6 ilə almaq olar. Mən doktorluq almaq üçün 1960-cı ildə başladım, 70-ci ildə doktorluq aldım. Bu illərdə insan bütün dəyərləri öyrənə bilir. Universitetin rəhbəri insanlarla necə rəftar edir, onlara necə baş çəkir. İnsanlarla universitet rəhbəri çay içir, onların ölkəsini soruşur, kömək edir. Bunları hər bir doktor olan insan çox yaxşı bilir. Bunları görən adam İranda bu işləri görməz.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG