İran və Azərbaycanın dostu olmayan dairələr tarixdən sui-istifadə edərək iki ölkə arasındakı münasibətləri gərginləşdirməyə çalışır”.
APA agentliyinin məlumatına görə, bu fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfransa münasibət bildirərkən deyib.
O qeyd edib ki, belə dairələr xülyaya qapılaraq separatçı fikirlər irəli sürürlər.
“Bu isə heç vaxt reallaşmayacaq. Onların Azərbaycan xalqı arasında yeri yoxdur. Dəfələrlə Azərbaycan rəsmiləri bu dairələrin fəaliyyətindən narazı qaldıqlarını bildiriblər. Azərbaycandakı əksər separatçı dairələr ABŞ-dan asılıdır. Bu ölkənin əsas niyyəti İranın qonşu ölkələrlə münasibətlərini korlamaqdır. Tehran-Bakı münasibətlərində problem yaratmaq məqsədilə Azərbaycandakı separatçılar İrana qarşı olan şəxslərin iştirakı ilə Bakıda tədbir keçirdilər. Əlbəttə ki, biz məqsədləri məlum olan bu tədbirin keçirilməsinə icazə verməyəcəyini gözləyirdik. İran rəsmilərinin bu məsələyə ciddi reaksiya verməsi təbiidir”.
Möhsün Pak Ayin əlavə edib ki, İran və Azərbaycan arasında münasibətlər böyük əhəmiyyət kəsb edir.
“Amma təəssüflər olsun ki, həmin tədbirdən sonra münasibətlərimizə kölgə salan mənfi atmosfer yarandı. Düşünürəm ki, iki ölkə rəsmiləri məntiqlə bu vəziyyəti düzəldəcək və üçüncü ölkələrin, məlum ünsürlərin bundan sonra iki ölkənin münasibətlərinə zərbə vurmasına icazə verməyəcəklər. İki ölkə rəsmilərinin əsas vəzifəsi xalqlarımız arasında ixtilaf yaratmağa cəhd göstərən amillərin tanınması və onların məkrli planlarının zərərsizləşdirilməsidir”.
Qeyd edək ki, İran Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilməsinə etiraz olaraq Azərbaycan Respublikasına nota verib.
Martın 31-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. İran xarici işlər nazirinin müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu təqdim edib. Məktubda bildirilir ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. İran Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz edib.
Azərbaycan İran Xarici İşlər Nazirliyinin notasını cavablandırıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, martın 30-da Bakıda keçirilmiş “Müasir Cənubi Azərbaycanın sabahı” mövzusunda səslənən bəyanatlar Azərbaycanın rəsmi mövqeyini əks etdirmir.
“Azərbaycan İranla ikitərəfli münasibətlərə böyük önəm verir. İranla mövcud ikitərəfli münasibətlər dostluq və qarşılıqlı anlaşmaya əsaslanır. Azərbaycan həmçinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə və gələcəkdə daha da inkişafına İranın verdiyi dəstəyi yüksək qiymətləndirir”, o qeyd edib.