Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) martın 30-da Bakıda təşkil etdiyi Çağdaş Güney Azərbaycanın sabahı konfrası və İran Xarici işlər Nazirliyinin bu tədbirə qarşı sərt təpkisi həm İranda, həm də xaricdə yayılan farsdilli medianın gündəminə çıxıb.
İranın rəsmi xəbər agentlikləri və ölkə daxilində yayılan qəzetlərdən əlavə, ölkə xaricində fəaliyyət göstərən farsdilli media İran Xarici İşlər Nazirliyinin “İranın ərazi bütövlüyünə qarşı” konfransın keçirilməsinə icazə verdiyi üçün Azərbaycan Respublikasına nota verdiyini yazıb və iclasla bağlı siyasi ekspertlərlə apardığı müsahibələri təqdim edib.
İran xarici işləri nazirinin müavini Abbas İraqçı Azərbaycan Respublikasının bu tədbirə icazə verməsinə “heç cürə bəraət qazandırıla bilməz,”- deyə qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatları Fazil Mustafa və Siyavuş Novruzov İran hökümətinin etirazını əsassız adlandırıb.
“Müxtəlif otellərdə, ofislərdə təşkil olunan tədbirlər haqda əvvəldən dövlətə məlumat verilmir və Çağdaş Güney Azərbaycanın sabahı konfransı barədə də hakimiyyət orqanlarına heç bir məlumat verilməyib,” - deyə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov MediaForum saytına müsahibəsində bildirib.
“Hər bir azərbaycanlının haqqıdır ki, Güney Azərbaycanda türk dilində təhsil alsın. Azərbaycanlıların haqqını tələb etdiyinə görə İranın notasının heç bir əhəmiyyəti və məntiqi yoxdur. İran azərbaycanlıların arqumentlərini və iradlarını ortadan qaldırmaq istəyirsə, türklərə demokratik haqları tanımalıdır,”- deyə deputat Fazil Mustafa bəyan edib.
İran azərbaycanlı fəallar isə adətən İranda yaşayan Azərbaycan türklərinə qarşı ayrı-seçkiliklər və basqılara kəskin etiraz bildirmədiyi üçün Azərbaycan Respublikasını tənqid edirlər.