Accessibility links

Bakının Tehrana cavab notası


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan İranla münasibətlərinə mehriban qonşuluq prizmasından baxır

Rəsmi Bakı Tehranın “Bakıda anti-İran tədbiri” ilə bağlı narazılığını bildirən notasına cavab verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin verdiyi məlumata görə, cavab notasında Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda keçirilən konfransda səsləndirilən fikirlərin Azərbaycan dövlətinin mövqeyini əks etdirmədiyi qeyd olunub.

“Azərbaycan hər zaman bəyan etdiyi kimi, İranla ikitərəfli münasibətləri dostluq və qarşılıqlı anlaşma şəklində davam etdirir və bu münasibətlərin möhkəmləndirilməsi üzrə səylər aparılır.

Həmçinin “Azərbaycan İranla münasibətlərinə mehriban qonşuluq prizmasından baxır və Azərbaycan-İran münasibətlərinin bütövlükdə regionun inkişafına xidmət etdiyinə inanır”, deyə cavab notasında qeyd olunub.

Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov cavab notasını İran Xarici İşlər Nazirliyinə təqdim edib.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilib. Tədbirdə Güney (İran) Azərbaycanın suverenliyi uğrunda mübarizəyə dəstək zərurəti qeyd edilib.
XS
SM
MD
LG