Accessibility links

Əhməd Obalı: İran Azərbaycanında siyasi məhbusların durumu ağırlaşır [Skype-Müsahibə]


Əhməd Obalı ilə müsahibə
please wait

No media source currently available

0:00 0:09:18 0:00

Əhməd Obalı ilə müsahibə

Çikaqoda yerləşən Günaz TV-nin təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəalların durumunu şərh edib

İranda son günlər azərbaycanlı fəalların durumu il bağlı narahat doğuran xəbərlər verilir. Tanınmış fəal, jurnalist və insan haqları müdafiəçisi Səid Mətinpur Tehranın Evin həbsxanasında təkadamlıq kameraya köçürülüb. Təbrizin mərkəzi həbsxanasında aclıq aksiyasını davam etdirən azərbaycanlı fəalların ümumi vəziyyətinin getdikcə ağırlaşdığı bildirilir.

Çikaqoda yerləşən Günaz TV-nin təsisçisi Əhməd Obalı Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında milli fəalların durumunu şərh edib.

Əhməd Obalı İran azərbaycanında siyasi məhbusların durumunun ağırlaşdığını bildirib. Onun sözlərinə görə, Səid Mətinpur və Mehdi Kuxiyanın sağlıq problemləri ciddləşib.O deyib ki, Mehdi Kuxiyan kimya terapiyası almalıdır və lazımi müalicəni almaması onun səhhətinin pisləşməsi və ölümünə səbəb ola bilər. "Bunun məsuliyyəti isə onu lazımi müalicə ilə təmin etməyən İran hökumətinin üzərinə düşür"-deyə Əhməd Obalı bildirib.

Əhməd Obalı Urmiyə gölünün quruması və azərbaycanlı fəalların bu istiqamətdə işindən danışıb. O, Urmiyə gölündə ekoloji fəlakətin Güney Azərbaycanın milli fəlakəti olduğunu düşündüyünü deyib. Əhməd Obalının sözlərinə görə, gölün ekoloji probleminin həllinıə yönəlmiş fəaliyyətlər azərbaycanlıların milli və hüququ vəzifəsidir. O, İranın yeni prezidenti seçilmiş Həsən Ruhaninin Urmiyə gölünün qurumasının qarşısının alınması ilə bağlı seçkiqabağı vədlərinə şübhə ilə yanaşdığını deyib.

Əhməd Obalı İranda prezident seçkilərindən sonra Həsən Ruhaninin verdiyi vədlərə əməl etməyəcəyini düşündüyünü bildirib. Onun sözlərinə görə, Həsən Ruhaninin Azərbaycan türkləri ilə bağlı verdiyi vədlərin icrası onun özündən asılı deyil. Əhməd Obalı Həsən Ruhaninin İranda ümumi siyasi kursu dəyişə biləcəyinə inanmadığını deyib: "Həsən Ruhani təkcə azərbaycanlılarla bağlı deyil, İrana sanksiyalar məsələsi ilə bağlı da vədlər verib. Lakin bu onun səlahiyyətində olan məsələ deyil. İrana qarşı sanksiyalar onun beynəlxalq qanunları pozduğuna görə tətbiq edilib. Həsən Ruhani bu məsələləri həll edə bilməcəyək. Əsas Ayətulla Xamneyidir."

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG