Accessibility links

İran azərbaycanlı siyasi məhbuslara azadlıq aksiyası


İranın Ankaradakı səfirliyi qarşısında Güney Azərbaycan aksiası
İranın Ankaradakı səfirliyi qarşısında Güney Azərbaycan aksiası

Iranın Türkiyədəki səfirliyi qarşısında keçirilən aksiyada “Ankara, Bakı, Təbriz - birlikdə güclüyük biz!” şüarı səsləndirilib

Aprelin 27-də İranın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. Bu barədə APA agentliyinə piket iştirakçılarından olan Siyamək Babanejad məlumat verib.

Onun sözlərinə görə, piket Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) Türkiyə təmsilçiliyinin təşkilatçılığı ilə İranda həbsdə olan azərbaycanlı siyasi məhbuslara dəstək məqsədilə keçirilib: “Əllərimizdə İran həbsxanalarındakı azərbaycanlı siyasi məhbusların şəkillərini tutaraq İranın Türkiyədəki səfirliyinin binasına doğru yürüş etdik. Daha sonra diplomatik korpusun binası qarşısında aksiya keçirdik”.

Aksiyada “Azərbaycan bir olsun, istəməyən kor olsun!”, “Məhbuslara azadlıq!”, “Qızıldan olsa da qəfəsim, azadlığa var həvəsim!”, “Ankara, Bakı, Təbriz - birlikdə güclüyük biz!” və digər şüarlar səsləndirilib. Bundan əlavə, hazırda Türkiyədə mühacirətdə yaşayan azərbaycanlı şairə Şərifə Cəfəri şeir səsləndirib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında opera sənəti üzrə təhsil almış Xosrov Əmiri isə Azərbaycan gənclik marşını oxuyub.

Sonda İranın Ankaradakı səfirliyinin binası qarşısına qara çələng qoyulub və Türkiyədə mühacirət həyatı yaşayan Babək Əsənli aksiyanın qətnaməsini oxuyub.

Qətnamədə bildirilir ki, İranda 35 milyon Azərbaycan türkü 80 ildir assimilyasiya siyasətinə məruz qalmaqdadır. Azərbaycan türklərinin öz ana dillərində yazıb-oxumaları qadağan edilib. İran hökumətinin laqeydliyi nəticəsində Urmiya gölü quruyur.

Aparılan siyasətə etiraz edənlər İran hökuməti tərəfindən təqib və təzyiqlərə məruz qalır, həbs edilir, işgəncələrlə üzləşir. Bu təzyiq və həbslər hər keçən gün artmaqdadır, xüsusilə son günlərdə daha da çoxalıb: “Biz GAMAC olaraq dünyadakı bütün insan haqları təşkilatları və quruluşlarından, BMT-dən və Türkiyədən İrandakı insan haqları pozuntularına qarşı daha həssas yanaşmalarını istəyirik”.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG