Accessibility links

Hadi Qaraçay: “Ban”ın hədəfi Güney Azərbaycan dirəniş ədəbiyyatını tanıtmaqdır [Audio]


Hadi Qaraçay
Hadi Qaraçay

Türkiyədə yenicə nəşrə başlayan “Ban” adlı dərginin şeir bölümü redaktoru dərginin fəaliyyətindən danışın

“Ban dərgisinin hədəflərindən biri Güney Azərbaycandakı dirəniş ədəbayyatının nəzəri təməllərini tanıtmaq və onun əməli nümunələrini ortaya qoymaqdır,” - deyə Türkiyədə yenicə nəşrə başlayan “Ban” adlı “Çağdaş Güney Azərbaycan ədəbiyyatı dərgisi”nin redaksiya heyəti üzvü şair və yazar Hadi Qaraçay Amerikanın Səsinə (www.amerikaninsesi.org) müsahibəsində qeyd edir.

Hadi Qaraçayın "Ban" dərgisi barədə Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:16:14 0:00
Direct link

Dərginin şeir bölümü redaktorunun sözlərinə görə, redaksiya heyəti üzvlərinin
çoxunun Türkiyədə yaşaması, habelə bu ölkənin Türk dünyasının ədəbiyyat mərkəzi halına gəlməsi və bütün Türk xalqları təmsilçilərindən orada mövcüd olması səbəbilə Ban dərgisinin Türkiyədə nəşr edilməsi münasib hesab edilib.
“Hədəfimiz istiqamətində dərgidə başqa Türk xalqları, habelə Türkiyə türkcəsində yaradılan əsərlərə də yer veriləcəkdir,”- deyə Norveçdə mühacirətdə yaşayan cənab Qaraçay əlavə edib.

"Ban" dərgisi
"Ban" dərgisi
Rüqəyyə Kəbiri, Ülkər Ucqar, Gülara Yenisey, Leyla Rəhimi, Fəriba Həyatı və dərginin yazı işləri müdürü Türkan Urmulunun yazı və şeirlərini dərc edən “Ban”da qadın yaradıcıların əsərləri nisbətən qabarıq şəkildə yer alıb. “İran Azərbaycanında türk dilində yazan qadınların əsərləri keyfiyyət və kəmiyyət baxımından çox yüksək səviyyəyə çatıb,”-deyə qeyd edən Hadi Qaraçay dərginin qadın ədəbiyyatçıların əsərlərinə xüsusi önəm verdiyini vurğulayır.

Dərgidə dərc olunan İran Azərbaycanlı şair, yazar və tərcüməçi Ülkər Ucqarın yazdığı “‘Ağ Alma’ və Ədəbiyyat: Dilin Erkək Zatı” adlı məqalədə ümümiyyətlə dillərdə kişilərin dominantlığı tənqid edilib.

"Ban" dərgisi
"Ban" dərgisi
“Beçələr BanlayandaBadamlıqlar” kitablarının yazarı dərgidə dərc edilən əsərlərdə işlədilən türkcənin həm Türkiyə, həm də Azərbaycan Respublikasında başa düşüləcək üslub və səviyyədə olmasını təsadüfi hesab etmir. Onun sözlərinə görə, həm İran Azərbaycanında yazılan Türkcə adətən belə bir xüsusiyyətə malikdir, həm də dərgi əməkdaşları belə bir dil üslubuna üstünlük veriblər.

Şairin fikrincə yeniliklər yaratmaq və yeni sözlər işlətmək dilə zərbə vurmur, bəlkə onun inkişafına yol açır: “Bizim dövlətimiz olmadığı üçün, Türkiyədəki Türk Dil Qurumu kimi bir imkan əldə etmək şansımız yoxdur. Buna görə də, bu vəzifə dərgilərin üzərinə düşür.”

"Ban" dərgisi
"Ban" dərgisi
O, Türk Dil Qurumunun yaradıcılıq təcrübələri və təklif etdiyi sözlərdən yararlanmağın lazım olduğuna inandığını deyir.
112 səhifəlik ilk sayının önsöz, məqalələr, söyləşi saatı, öykülərşeirlər bölümlərindən ibarət olan üç aylıq Ban dərgisinin hazırlanmasında Hadi Qaraçaydan əlavə, şair Türkan Urmulu, Türkoloq və ədəbiyyatçı Toğrul Atabay, ədəbiyyatçı Ramin Cabbarlı və dizaynerlər Atabay Tikantəpəli və Tural Sırdaş iştirak edirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG