Accessibility links

Yeni GAMOH liderləri Amnesty Internationalın yeni bəyanatında



“İran höküməti iyunun 14-də keçiriləcək prezident seçkiləri ərəfəsində muxaliflərə qarşı tətbiq etdiyi basqıları gücləndirib,”-deyə Amnesty International iyunun 12-də yaydığı bəyanatında qeyd edib.

Sənəddə Təbriz İnqilab Məhkəməsi tərəfindən uzun müddətli həbs cəzasına məhkum olan Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının üzvlərinə də toxunulub.

Bəyanatda deyilir ki, İran hökümətinin milləti qorumaq adı altında ağır təzyiqlər tətbiq edərək, muxalifləri ortadan qaldırmağa çalışması Amnesty International təşkilatının dərin narahatlığına səbəb olub.“İran rəsmiləri bütün fərdlər və qruplara ölkənin siyasətinə qarşı olsalar belə, ifadə azadlığı, habelə təşkilatlanma və toplaşma haqlarından dinc şəkildə istifadə etmək icazəsi verməlidir,”-deyə beynəlxalq hüquq müdafiə təşkilatının bəyanatında vurğulanıb.

Sənəddə Yeni GAMOH təşkilatının mərkəzi komitə üzvlərinin mühakimədən bir həftə öncəyə qədər vəkillə təmin edilmədikləri və ailə üzvlərinin sözlərinə istinadən Ettelaat həbsxanasında saxlanıldıqları zaman işgəncəyə məruz qaldıqları qeyd edilib.
Ötən ilin dekabr, bu il isə yanvar və fevral aylarında Ettelaat məmurları tərəfindən həbs edilən və hazırda Təbriz zindanında saxlanılan Yeni GAMOH üzvləri Mahmud Fəzli, Yürüş Mehrəlibəyli (Ayət), Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadə Təbriz məhkəməsi tərəfindən doqquz il həbs cəzasına məhkum olublar.
XS
SM
MD
LG