Accessibility links

DAK Ramiz Mehdiyevin İranı tərifləməsini pisləyir


DAK-logo
DAK-logo

İrana təriflər söylənməsi rəsmi Tehranın zülmündən dünyaya səpələnən Güney Azərbaycan türklərinin taleyindən xəbərsizlik və milli taleyə biganəlikdir

Dünya Azərbaycanlıları Konqresi rəsmi Bakının İranla bağlı biri-birini inkar edən bəyantlar səsləndirməsini pisləyən bəyanat yayıb.

Bəyanatda rəsmi Bakı təmsilçilərinin Vaşinqtonda İranı pislədiyi, İranda isə təriflədiyi qeyd edilir. İrana səfəri zamanı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İranı tərifləməsi sənədddə kəskin tənqid edilir.

İrana təriflər söylənməsi bəyanatda “bu ölkənin ünvanına diplomatik etikaya sığmayan, sitayişə bənzər mədhiyyə” adlandırılır. Belə mövqeyin istər Azərbaycan əhalisini, istər medianı, istərsə də ölkənin diaspor qurumlarını narahat etdiyi xatırladılır.

İrana təriflər söylənməsi rəsmi Tehranın milli zülmündən dünyaya səpələnən Güney Azərbaycan türklərinin taleyindən xəbərsizlik və milli taleyə biganəlik sayılır.

Sənəddə rəsmi Tehranın Güney Azərbaycan türklərinə ana dilində təhsil almağa imkan verməməsi, Urmiya gölünü bilərəkdən qurutması, “erməni soyqırımı”nı dəstəkləməsi, Ermənistana yardım etməsi xatırladılır. Bu təriflərin Azərbaycanın elan etdiyi və uzun illər apardığı siyasətə daban-dabana zidd olduğu vurğulanır.

Bəyanatda rəsmi Bakıya İranla münasibətdə 35 milyon Güney Azərbaycan türkünün taleyinin nəzərə alınmasının zəruri olduğu xüsusi vurğulanır.

“Bunu nəzərə almayan istənilən bəyanat və açıqlama DAK tərəfindən milli və dövlətçilik maraqlarına zidd sayılır və qəbul edilmir”, - deyə qeyd edilir.

R.Mehdiyevin İranda səsləndirdiyi anti-Qərb bəyanatlarının respublika üçün yeni problemlər yaratmağa xidmət etdiyi iddia olunur.

Xatırladaq ki, aprelin sonunda Azərbaycan Prezident Administrasiyasının rəhbəri, Təhlükəsizlik Şurasının katibi Ramiz Mehdiyev İrana səfər edib. Rəsmi İran mediasının yaydığı məlumata görə, Mehdiyev deyib ki, qərb Azərbaycanda rəngli inqilablar etməyə çalışıb və bunun üçün bir neçə cəhd ediblər.

O, həmçinin Qərb dövlətlərinin Azərbaycanda sülh və sabitliyi pozmaq istədiyini də bildirib.

Bununla yanaşı, R.Mehdiyev Azərbaycanın İranla münasibətlərə böyük önəm verdiyini bildirib.

“Sizin daxili, regional və qlobal siyasətdə adınız və açdığınız yol qızıl hərflərlə yazılmalıdır. Bunu çox aydın görürük və buna görə sizə yüksək ehtiramımızı bildiririk”, deyə Mehdiyevə istinad edən İran mediası yazır.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG