Aprelin 29-da Azərbaycan Təhlükəsizlik Şurasının sədri, eyni zamanda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Tehrana yola düşəcək.
İranın rəsmi İRNA agentliyinin məlumatına görə, R.Mehdiyev İran Təhlükəsizlik Şurasının rəhbəri Sayed Cəlili ilə danışıqlar aparacaq. Həmçinin ölkənin rəsmi şəxsləri ilə görüşlər keçiriləcək.
Səfərin məqsədi və gündəliyi açıqlanmır. Lakin güman etmək olar ki, R.Mehdiyev Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfərinin səbəblərinə aydınlıq gətirəcək.
Məlum olduğu kimi, Tehran Bakı və Tel-Əviv arasında əlaqələrin qəti əleyhinədir və dəfələrlə Bakıya qarşı sanksiyaların tətbiqi ilə hədələyib. Odur ki, E.Məmmədyarovun İsrailə rəsmi səfəri İranda açıq çağırış kimi qarşılanıb. Bu səbəbdən R.Mehdiyevi ciddi danışıqların gözlədiyini güman etmək olar.