Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov Amerikanın Səsinə müsahibəsində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfərinin nəticələrini şərh edib.
Onun fikrincə, Mehdiyevin səfəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri ilə bağlı İranın mövqeyini liberallaşdırmağa xidmət edib. Administrasiya rəhbəri İsrail-Azərbaycan danışıqlarının İrana qarşı olmadığını izah edib.
Müsahibədən seçmələr:
- Azərbaycan xarici işlər nazirinin İsrailə səfəri İranda çox mənfi və qıcıqlandırıcı qəbul olunub. Ramiz Mehdiyevin səfəri bu neqativ reaksiyanı mümkün qədər yumşaltmağa yönəlib.
- İran tərəfi səfərdən həm təbliğatı cəhətdən, həm də Azərbaycanla qərb tərəfdaşları arasında ziddiyyətlər yaratmaq baxımından öz məqsədləri üçün istifadə etməyə çalışıb.
- Səfər zamanı hansısa bir sənədin imzalanması barədə xəbər yoxdur. Aydındır ki, Azərbaycanın düşməni torpaqlarını işğal etmiş Ermənistandır. Azərbaycanın
müstəqilliyinə natamam qəbul edən, xor baxan iki dövlət də var. Bunlar İran və Rusiyadır.
- Azərbaycanın müstəqilliyinin təminatı qərbdən gəlir. Bu qaçılmaz bir faktdır. Amerikanın bölgə ilə bağlı strategiyasında bir nömrəli məqsəd kimi burada yaranmış dövlətlərin müstəqilliyinin qorunması durur. Azərbaycan bu amili öz siyasətindən kənara qoya bilməz.
- Azərbaycan çalışır ki, İran və Rusiya ilə münasibətləri hansısa bir gərginlik xəttini keçməsin.
- Azərbaycanın İranla hərbi əməkdaşlığı yoxdur. Amma ABŞ-la hərbi əməkdaşlığı var. Amerika Azərbaycana hərbi cəhətdən yardımlar edir hansı ki, Azərbaycanın təhlükəsizliyini möhkəmləndirir. Azərbaycanın təhlükəsizliyinə təhlükələr isə cənubdan və şimaldan gəlir.
- Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığı yoxdur, amma NATO ilə əməkdaşlıq edir. NATO layihələri ilə əməkdaşlıq çərçivəsində xeyli işlər görür.
- Baxın, İranda Ramiz Mehdiyevin dilindən İsraillə münasibətlərin məhdudlaşdırılacağı ilə bağlı heç bir söz qopara bilmədilər. Qərbin və İsraili əleyhinə Ramiz Mehdiyev deməyib, onun iranlı həmsöhbət tərəfləri deyib. Onu şərhlərə çıxarırlar.
- İranın davranışında hiss olunur ki, onlar Azərbaycana inanmır. Çünki onların Azərbaycanla bağlı bədnam niyyətləri var və Azərbaycan heç vaxt bu niyyətlər üçün açıq olmayacaq.
- Qərb Azərbaycanın təhlükəsizliyi ilə bağlı açıq şəkildə öz mövqeyini bildirməsə də real şəraitdə bu baş verir. Azərbaycan qərblə birgə antiterror koalisiyasının üzvü kimi daim məlumatlandırılır. Bu məlumatlardan istifadə olunaraq Azərbaycan ərazisində bir çox təxribatları neytrallaşdırmaq mümkün olub. Azərbaycanın dəniz, quru və hava sərhədlərinin möhkəmlənməsinə ABŞ tərəfindən həmişə texniki yardımlar olub.
Onun fikrincə, Mehdiyevin səfəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İsrailə səfəri ilə bağlı İranın mövqeyini liberallaşdırmağa xidmət edib. Administrasiya rəhbəri İsrail-Azərbaycan danışıqlarının İrana qarşı olmadığını izah edib.
Müsahibədən seçmələr:
İran tərəfi səfərdən Azərbaycanla qərb tərəfdaşları arasında ziddiyyətlər yaratmaq üçün istifadə etməyə çalışıb.
- İran tərəfi səfərdən həm təbliğatı cəhətdən, həm də Azərbaycanla qərb tərəfdaşları arasında ziddiyyətlər yaratmaq baxımından öz məqsədləri üçün istifadə etməyə çalışıb.
- Səfər zamanı hansısa bir sənədin imzalanması barədə xəbər yoxdur. Aydındır ki, Azərbaycanın düşməni torpaqlarını işğal etmiş Ermənistandır. Azərbaycanın
Azərbaycanın müstəqilliyinə natamam qəbul edən, xor baxan iki dövlət də var. Bunlar İran və Rusiyadır.
- Azərbaycanın müstəqilliyinin təminatı qərbdən gəlir. Bu qaçılmaz bir faktdır. Amerikanın bölgə ilə bağlı strategiyasında bir nömrəli məqsəd kimi burada yaranmış dövlətlərin müstəqilliyinin qorunması durur. Azərbaycan bu amili öz siyasətindən kənara qoya bilməz.
- Azərbaycan çalışır ki, İran və Rusiya ilə münasibətləri hansısa bir gərginlik xəttini keçməsin.
Azərbaycanın İranla hərbi əməkdaşlığı yoxdur. Amma ABŞ-la hərbi əməkdaşlığı var.
- Azərbaycanın Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əməkdaşlığı yoxdur, amma NATO ilə əməkdaşlıq edir. NATO layihələri ilə əməkdaşlıq çərçivəsində xeyli işlər görür.
- Baxın, İranda Ramiz Mehdiyevin dilindən İsraillə münasibətlərin məhdudlaşdırılacağı ilə bağlı heç bir söz qopara bilmədilər. Qərbin və İsraili əleyhinə Ramiz Mehdiyev deməyib, onun iranlı həmsöhbət tərəfləri deyib. Onu şərhlərə çıxarırlar.
İranın davranışında hiss olunur ki, onlar Azərbaycana inanmır.