Accessibility links

 
Həsən Musəvi: İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura bilməz

Həsən Musəvi: İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura bilməz


İranın vitse-prezidenti Seyid Həsən Musəvi
İranın vitse-prezidenti Seyid Həsən Musəvi

İranın vitse-prezidenti Seyid Həsən Musəvi sentyabrın 6-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb

İran və Azərbaycan qardaşdır və bu qardaşlığın arasını heç kəs vura bilməz. Trend agentliyinin məlumatına görə, bunu İranın vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvi sentyabrın 6-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

"Azərbaycan və İran arasında olan dərin tarixi münasibətlərdən düşmənlərimiz narahatdır", - Musəvi deyib.

O qeyd edib ki, İran Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir. Bu yaxınlarda İranda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin sammitinin bəyanatında da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi vurğulanmışdı.
"İran və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri daim möhkəm olub və gələcəkdə də davam edəcək", - vitse-prezident deyib.

Musəvi Şeyxülislam Allahşükür Paşazadəni İrana səfərə dəvət edib və bildirib ki, həmin səfər zamanı iki ölkə arasında dini və mədəni sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi müzakirə olunacaq.

Musəvi yaxın zamanlarda İranın yeni səfirinin Azərbaycana gələcəyini də bildirib.
"Azərbaycan və İran arasındakı qardaşlıq münasibətlərinin dərin olmasının şahidiyik", - Allahşükür Paşazadə bildirib.

Şeyxülislam İranda saxlanılan Azərbaycan şairlərinin buraxılması ilə bağlı İran tərəfinə öz təşəkkürünü bildirib. O qeyd edib ki, iki ölkə arasında heç bir problem yoxdur və bəzi xırda məsələlər var ki, onlar da tədricən öz həlini tapır.

Onun sözlərinə görə, Ermənistanın məqsədi bu iki ölkəni bir-birindən uzaqlaşdırmaqdır.
"Arzu edirəm ki, iki ölkə arasında əlaqələr daha da genişlənsin", - QMİ sədri deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG