İran adlanan yerdə Azərbaycanlı fəallara aclıq etdikləri müddətdə heç bir tibbi yardım göstərilməyib, daha yuxarı məhkəmə instansiyası işə baxmaqdan imtina edir. Bu müddət ərzində məhkumlara doğmaları ilə görüş imkanı da verilməyib, vəkillə təmin edilməyiblər və bütün qanuni haqları tapdanıb. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin İranda həbsdə aclıq edən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) liderləri ilə bağlı beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciətində deyilir.
Artıq 12 gündür Yeni GAMOH-un 5 üzvü onlara qarşı irəli sürülən ittihama və ədalətsiz məhkəmə qərarına etiraz olaraq həbsxanada aclıq aksiyası keçirir.
Ana dilində təhsil, mədəni haqlarının və insan hüquqlarının tanınması üçün mübarizə aparan Yeni GAMOH təşkilatının sədri Lətif Həsəni, qurumun Mərkəzi Komitəsinin üzvləri Ayət Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Quluzadə cəmi iki saat davam edən “istintaq” və “məhkəmə” nəticəsində azadlıqdan məhrum ediliblər. İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbriz şəhərində, Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar İranın Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.
Sənəddə deyilir ki, hazırda aclıq edən məhkumlardan bəzilərinin mədəsində qanaxma başlayıb. Ölümcül vəziyyətdə olan milli fəallar Tehran zindanlarına göndərilsə də, həbsxana rəhbərləri onların vəziyyətinin ağır olması səbəbindən məhbusları qəbul etməkdən imtina edib.
Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan ölkədə baş verən bu qanunsuzluğu pisləyir və beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu dövlətdə insan haqlarına qarşı dəhşətli repressiyalara son qoymaq üçün real addımlar atmağa çağırır.
İran hakimiyyət orqanları DAK-ın müraciətinə hələ münasibət bildirməyib.