Accessibility links

NİDA-çıların məhkəməsi davam edir


NİDA-çılar məhkəmədə
NİDA-çılar məhkəmədə

Bu gün şahidlərin dindirilməsi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Hüseynovun sədrliyi ilə NİDA Vətəndaş Hərəkatının 7 fəalının və “Azad Gənclik” təşkilatının rəhbəri İlkin Rüstəmzadənin işi üzrə proses davam edib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, Bakıdakı Milli Parkın (bulvar) mühafizə xidmətinin əməkdaşı Ramazan Mehdiyev ifadə edib. O 2013-cü il fevralın 27-də bulvarda “HarlameShake” rəqsinin ifası ilə epizod üzrə şahiddir.

Şahid deyib ki, gənclər heykəlin yanında çəkiliş aparanda onlara irad tutub. Onlara qarşı heç bir zorakılıq olmayıb, heç bir əmlaka ziyan dəyməyib.

Vəkil qeyd edib ki, ibtidai istintaqda həmin şahid deyib ki, ona qarşı qüvvə tətbiq ediblər.

“Bu göstərir ki, şahid müstəntiqin ona verdiyi kağızı imzalayıb”, - vəkil deyib.
Sonra məhkəmə şahidlər Anar Abbasovun və Tofiq Əsədovun məcburi məhkəməyə gətirilməsi barədə qərar qəbul edib. Belə ki, onlar dəfələrlə çağırışa məhəl qoymayıblar.

Proses fevralın 21-də davam edəcək.

Xatırladaq ki, gənclər 2013-cü il martın 10-da Fəvvarələr Meydanında etiraz aksiyası zamanı iğtişaşların planlaşdırılmasında ittiham olunurlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG