Accessibility links

Azərbaycan Parlamenti Şuşa şəhərinin işğalı ilə bağlı müraciət qəbul edib


Azərbaycan Milli Məclisi Avropa Parlametini, AŞPA-nı, dünya ölkələrinin parlamentlərini və digər qurumları münaqişənin həlli istiqamətində səylərini birləşdirməyə çağırır.

Azərbaycan Milli Məclisi Avropa Parlamentinə, Avropa Şurası Parlament Assambleyasına və digər beynəlxalq qurumlara Şuşanın işğalının 20 illiyi ilə bağlı müraciət edib.
Müraciətdə deyilir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçilik etmək üçün ATƏT-in Minsk qrupu yaradılıb. BMT, həmçinin digər beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü birmənalı dəstəklənib və Azərbaycan torpaqlarının işğalına son qoyulması tələb edilir. Lakin bu günədək işğalın aradan qaldırılması üçün Ermənistan dövləti barəsində lazımi qətiyyət göstərilmir.
Azərbaycan Milli Məclisi Avropa Parlametini, AŞPA-nı, dünya ölkələrinin parlamentlərini və digər qurumları münaqişənin həlli istiqamətində səylərini birləşdirməyə çağırır. "Gözləyirik ki, Cənubi Qafqaz bölgəsində, bütün Avropada sülh və sabitlik üçün təhlükə törədən bu münaqişənin aradan qaldırılması, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyə sövq edilməsi üçün beynəlxalq birlik qəti mövqeyini nümayiş etdirəcək", - deyə sənəddə qeyd edilir.

Azərbaycanın Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni silahlı birləşmələri tərəfindən hücumla işğal edilib. Şəhərin müdafiəsində Azərbaycan Silahlı Qüvvələri çoxsaylı itki verib. Mülki əhali arasında da itkilər olub.

Mövzuya uyğun

XS
SM
MD
LG