Accessibility links

“Washington Post” da Dağlıq Qarabağ haqda iki gündə ikinci məqalə


“Washington Post” da Dağlıq Qarabağ haqda iki gündə ikinci məqalə
“Washington Post” da Dağlıq Qarabağ haqda iki gündə ikinci məqalə

Məqalədə deyilir: “Danışıqların növbəti raundu iyunun 24-də Rusiyanın Kazan şəhərindı keçirilib, amma nəticəsiz qalıb. Dağlıq Qarabağın bəzi rəsmiləri deyirlər ki, bu uğursuzluq onu göstərir ki, danışıqlara yeni yanaşma lazımdır, onlar da masa arxasında oturmalıdırlar.

“Washington Post” qəzeti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son iki gündə ikinci məqaləsini dərc edib. İyulun 8-də dərc olunan məqaləyə görə, Dağlıq Qarabağdda ermənilərin təşkil elədiyi hökümətin rəhbəri Baho Saakyan bildirib ki, Dağlıq Qarabağ respublikası ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qoşulmasa, münaqişənin nizamlanmasından heç bir halda söhbət gedə bilməz. Qeydedək ki, ermənilərin Dağlıq Qarabağda təşkil elədikləri administrasiyanı Ermənistan da daxil, dünyada heçbir ölkə tanımır.

“Washington Post” Bako Sahakyana istinadən yazır: “Dağlıq Qarabağ hər cür kompromisə hazırdır. Amma bunun üçün biz gərək Azərbaycanla bir masa arxasında oturaq”.

Məqalənin müəllifi Uil İnglandın(Will Englund) iyulun 7-də dərc olunan məqaləsini Azərbaycan mətbuatı “qərəzli” və “ermənipərəst” adlandırmışdı. Xatırladaq ki, bir neçə həftə əvvəl "The New York Times" qəzetində dərc olunan azərbaycanlı qaçqınların vəziyyətinə geniş yer verən məqaləyə görə də xüsusən Amerika erməniləri qəzet əleyhinə geniş kampaniya başlatmış, "The New York Times"a yazdıqları məktublarda və diaspora mətbuatında çap olunan yazılarında qəzeti qeyri-peşəkar, bitərəflikdən uzaq adlandırmışdılar.

Uil İnglandın yazır ki, Dağlıq Qarabağ Azərbaycandan müstəqillik uğrundan fəaliyyətə, 1988-ci ildə Sovetlərin dağılmasından üç il əvvəl başlayıb və öz müstəqilliyini də Ermənistan və Azərbaycandandan əvvəl elan edib.

“ERMƏNİSTAN VƏ AZƏRBAYCANDA BEYİNLƏRDƏ AZADLIQ YOXDUR Kİ, MÜSTƏQİLLİYİN QƏDRİNİ BİLSİNLƏR”

Məqalədə deyilir: “Danışıqların növbəti raundu iyunun 24-də Rusiyanın Kazan şəhərindı keçirilib, amma nəticəsiz qalıb. Dağlıq Qarabağın bəzi rəsmiləri deyirlər ki, bu uğursuzluq onu göstərir ki, danışıqlara yeni yanaşma lazımdır, onlar da masa arxasında oturmalıdırlar. Dağlıq Qarabağ proses başlayanda danışıqlarda iştirak etməkdə iddialı olmayıb. Çünki əslən Dağlıq Qarabağdan olan Robert Köçaryan Ermənistan Respublikasının prezidenti seçiləndə demişdi ki, doğma yurduna xəyanat etməyəcək. Dağlıq qarabağlılar da fikirləşdilər ki, Köçaryan onların maraqlarını müdafiə edəcək. Amma on il sonra bəzi siyasətçilər dedilər ki, bu, yalnış strategiyadır. Hətta indiki Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ administrasiyasının başçısı olsa belə".

Müəllifin yazdığına görə Dağlıq Qarabağ rəsmiləri iddia edirlər ki, Ermənistanın bu məsələdə öz maraqları var və bunlar həmişə Dağlıq Qarabağın maraqları ilə üst-üstə düşmür.

Yazıda Dağlıq Qarabağ administrasiyasının xarici işlər naziri Georgy Petrosyanın Ermənistan barədə dediklərindən sitat gətirilir: “Onlar öncə azadlığı daha sonra müstəqilliyi əldə etməyiblər. Onların beyinlərində müstəqilliyin qədrini biləcək qədər azadlıq yoxdur. Bu mənada Dağlıq Qarabağın təcrübəsi daha üstündür”.

Prezidentliyə keçmiş namizəd Masis Mayilian deyib ki, Minsk Qrupu danışıqlarda Dağlıq Qarabağı kənarda qoymasaydı, qrupun fəaliyyəti effektiv olard.

“Washington Post”un məqaləsinin axırında yazılıb ki, "Bu məqalə Böhran Jurnalistikası Üzrə Pulitzer Mərkəzinin əməkdaşlığı ilə hazırlanıb".

XS
SM
MD
LG