Accessibility links

Fransa deputatlarının Dağlıq Qarabağa səfəri Azərbaycanda narazılıqla qarşılanıb


Fransa deputatlarının Dağlıq Qarabağa səfəri Azərbaycanda narazılıqla qarşılanıb
Fransa deputatlarının Dağlıq Qarabağa səfəri Azərbaycanda narazılıqla qarşılanıb

Azərbaycan Fransa deputatlarının Dağlıq Qarabağa səfərinə etiraz olaraq bu ölkəyə nota verib. Fransa xarici işlər nazirliyi bildirib ki, beynəlxalq birliyin bütün ölkələri kimi Fransa da, o cümlədən Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımır.

Fransa parlamentinin milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri Gi Tesyenin, həmçinin deputatlar Fransua Roşbluan, Jorj Kolumbye, Valeri Buaye, parlamentin xarici əlaqələr komissiyasının katibi, şəhər meri Vyen Jak Remilyenin Dağlıq Qarabağa səfəri Azərbaycanla Fransa arasında diplomatic qalmaqal yaradıb.
Fransa parlamentinin milli müdafiə və silahlı qüvvələr komissiyasının sədri Gi Tesye avqustun 22-də bildirib ki, Dağlıq Qarabağ erməniləri öz torpaqlarında yaşayır. “Ermənistana səfər etməklə biz, bu ölkə ilə dostluğumuzu göstəririk, Dağlıq Qarabağa səfər etməklə isə bu ölkə ilə həmrəyliyimizi nümayiş etdiririk”, - deyə Gi Tesye bildirib.
Avqustun 23-də Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin parlament deputatlarının Dağlıq Qarabağa qanunsuz səfəri ilə bağlı Fransa Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Fransa Milli Assambleyasına da etiraz məktubu göndərilib.

Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın notasına cavab verib. Nazirliyin mətbuat katibi Bernar Valero deyib ki, beynəlxalq birliyin bütün ölkələri kimi Fransa da, o cümlədən Ermənistan da Dağlıq Qarabağın müstəqilliyini tanımır. “Parlamentarilərə Sizin Dağlıq Qarabağla bağlı mövqeyiniz barədə məlumat verilib və bu səfər heç bir halda Fransanın bu məsələyə dair siyasətini əks etdirmir və dəyişmir”, - deyə o bildirib.

Onun sözlərinə görə, bu ərazinin beynəlxalq hüququ statusu tərəflərlə razılaşdırılmış dinc yolla həll çərçivəsində müəyyən edilə bilər. “Fransa ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədridir. Odur ki, Helsinki yekun aktına və Fransa, Rusiya, ABŞ prezidentlərinin dəfələrlə irəli sürdükləri, xüsusilə 2009-cu ildə Akvildə və 2010-cu ildə Muskokda G8 sammitlərində irəli sürdükləri təkliflərə əsaslanan kompromisin tapılmasına yardım göstərilməsi qarşıya məqsəd qoyulub”.

XS
SM
MD
LG