Accessibility links

Dövlət katibi Klinton:"ABŞ həmsədr ölkələrlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə sadiq qalır"

ABŞ Dövlət katibi Hillari Klinton ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Vilnyüsdə keçirilən toplantısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də toxunub.

Xanım Klinton Minsk qrupunda həmsədr ölkələr olan ABŞ, Rusiya və Fransanın münaqişənin nizamlanması prosesinə sadiq qaldığını bir daha vurğulayıb.

ABŞ Dövlət katibi münaqişənin yalnız sülh yolu ilə həllinə dəstəyini ifadə edib. ”Birləşmiş Ştatlar və digər həmsədr ölkələr, habelə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Dağlıq Qarabaq münaqişəsinin nizamlanması prinsiplərinə sadiq qaldığımzə bir daha təsdiqlədi”-deyə xanım Klinton bəyan edib.

Dövlət katibi bildirib ki, regionda sülhə, sabitliyə və barışığa Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla həlli vasitəsilə nail olmaq mümkündür. “Prezident Obama, Medvedev və Sarkozinin Dovildə bildirdiyi kimi, yalnız müzakirələr vasitəsilə əldə edilmiş həll yolu regionda sülhün, sabitliyin və barışığın təmin olunmasına gətirib çıxara bilər”-deyə xanım Klinton fikrini tamamlayıb.

XS
SM
MD
LG