Accessibility links

Deputatlar Dağlıq Qarabağda aeroport açılmasına etiraz edir


Deputatlar Dağlıq Qarabağda aeroport açılmasına etiraz edir
Deputatlar Dağlıq Qarabağda aeroport açılmasına etiraz edir

Milli Məclisin plenar iclasında deputatlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aeroport açılmasına etiraz edib. Deputatlar həmçinin Amerikanın Azərbaycandakı səfirinin mülki uçuşlarla bağlı mövqeyini qəbul etməyib.

Milli Məclisin plenar iclasında deputatlar Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində aeroport açılmasına etiraz edib. Deputatlar həmçinin Amerikanın Azərbaycandakı səfirinin mülki uçuşlarla bağlı mövqeyini qəbul etməyib.

“Media Forum” saytının məlumatına görə, deputat Fəzail Ağamalı deyib ki, heç bir halda Ermənistanın müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi aeroportun açılmasına yol verilməməlidir. “Təəssüflər olsun ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza məsələyə qeyri-obyektiv yanaşdı. Metyu Brayza verdiyi açıqlama ilə Ermənistanın mövqeyini müdafiə edib. ABŞ səfiri belə qeyri-obyektivliyə yol verməməlidir”.

Deputat Azay Quliyev ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın məsələyə adekvat yanaşmadığını bildirib. “Ermənistan öz hava məkanını Azərbaycanın Naxçıvana həyata keçirdiyi aviareyslər üçün açıb və Azərbaycan da eyni cür davranmalı, Ermənistanın Dağlıq Qarabağa qanunsuz həyata keçirdiyi aviareyslərə göz yummalıdır. Səfirin bu yanaşması səhvdir, çünki Dağlıq Qarabağ işğal altındadır. Ona görə də Naxçıvanla Dağlıq Qarabağ arasında paralel aparmaq doğru deyil. Ermənistanın işğal altında olan torpaqlara aviareyslər həyata keçirməsi beynəlxalq konvensiyalara və öhdəliklərə ziddir. ABŞ rəsmiləri gələcəkdə açıqlamalar verəndə həqiqəti olduğu kimi deməkdən çəkinməməlidir”, - deyə deputat qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deputatlara cavab verib: “Mənim üçün bir diplomat kimi sülhə nail olmaqdan daha vacib heç bir məqsəd yoxdur. Mənim karyeramın ən dəyərli cəhəti Cənubi Qafqazda sülhə nail olmağa kömək etmək üçün göstərdiyim səylər olmuşdur. Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin bitərəf vasitəçisi kimi güclü nüfuza malikdir. Mən Minsk Qrupunun həmsədri qismində göstərdiyimiz fəaliyyətlərlə çox fəxr edirəm. Tərəflərin hər birinin qarşı tərəfin təxribatçı hesab etdiyi addımlardan çəkindiyi bir vaxtda, biz mülki təyyarələrin planlaşdırılan üçüşları ətrafinda yaranmış vəziyyətdəki gərginliyin azalmasını görməkdən məmnunuq. Bu cür düşüncəli davranış münaqişənin bizim nail olmaq istədiyimiz sülh və danışıqlar yolu ilə nizamlanma perspektivlərini yalnız irəli apara bilər”, - deyə səfir qeyd edib.

XS
SM
MD
LG