Accessibility links

NATO-Azərbaycan tərəfdaşlığının perspektivləri müzakirə edilib


NATO-Azərbaycan tərəfdaşlığı müzakirə edilib (Mənbə: Sosial şəbəkə)
NATO-Azərbaycan tərəfdaşlığı müzakirə edilib (Mənbə: Sosial şəbəkə)

Oktyabrın 4-də NATO-Azərbaycan tərəfdaşlığı müzakirə edilib.

Bu barədə Azərbaycanın NATO yanında missiyasının rəhbəri Cəfər Hüseynzadə X Platformasında məlumat yayıb.

“NATO nümayəndələri ilə yaxşı görüş keçirdik və NATO-Azərbaycan tərəfdaşlığının cari vəziyyəti və perspektivlərini müzakirə etdik”, Hüseynzadə qeyd edib.

Azərbaycan-NATO arasında ilk təmasların tarixi Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir.

Azərbaycan ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycan hazırda NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesi, əməliyyatlarda iştirak, meydana gələn təhlükəsizlik təhdidləri kimi aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG